Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
13/10/2021

Kinomuzun gurcu aktyoru: “İstediyim qiz vardi, Hemide Omerova ile sevgili cutluk oynamaqda cetinlik cekirdim”

Kinomuzun gürcü aktyoru: “İstədiyim qız vardı, Həmidə Ömərova ilə sevgili cütlük oynamaqda çətinlik çəkirdim”



xeber –

“Azərbaycanla bağlı xatirələrim məni hər zaman günəş kimi isidir”

Rezo Çxikvişvili Azərbaycan kinosunda çəkilmiş gürcü aktyorlardan biridir. O, 1980-ci ildə kinorejissor, Azərbaycanın Xalq artisti Oqtay Mirqasımovun lentə aldığı “Anlamaq istəyirəm” tammetrajlı bədii filmində Rüstəm obrazını canlandırıb. Xarizmatik gürcü aktyorun baş rolda yer aldığı film o vaxtkı Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilib. Bu il iki seriyalı ekran əsərinin 41 yaşı tamam olur.

“Report”un yerli bürosu “Rüstəm”i tapıb və 30 ilə yaxındır vətənindən uzaqda – Almaniyada yaşayıb işləyən Gürcüstanın Əməkdar artistindən müsahibə alıb.

Bu, sənətçinin Azərbaycan mətbuatına ilk müsahibəsidir. 

– Batono Rezo, öncə, Oqtay Mirqasımovun filminə necə dəvət olunduğunuzu yada salmağınızı xahiş edirəm…

– 1980-ci il idi. Mən Teatr İnstitutunu bitirmişdim və artıq iki il idi teatrda çalışırdım. Bir tamaşadakı rolumla Gürcüstanda gözlənilmədən çox populyar oldum. Azərbaycan kinosuna dəvət almağım rejissor Omar Qvasaliyanın adı ilə bağlıdır. O, Oqtay Mirqasımovun dostu idi. Deyəsən, hətta Moskvada bir yerdə təhsil almışdılar. Bakıya sınaq çəkilişlərinə dəvət olundum. Mənimlə birgə böyük aktyor Edişer Maqalaşvili də filmə dəvət almışdı. O, mənim atamı oynamalı idi. Bakıda bizi çox yaxşı qarşıladılar. Biz bir səhnəni oynadıq və Tbilisiyə döndük. Daha sonra mənə zəng vurdular və Moskvanın məni rola təsdiqlədiyini dedilər. Heç inanmadım. Bu xəbəri böyük sevinclə qarşıladım. Edişer Maqalaşvilini isə təsdiqləmədilər. Bu, bir qədər təəssüf doğurdu. Biz bir-birimizi tanıyırdıq, gürcü aktyorla birgə oynamaq mənə daha rahat olardı.

Rüstəm rolu mənim kinoda ilk və əsas rolum oldu. Çəkilişlər 4-5 ay davam etdi. Çox xoşbəxt dövr idi. Artıq 40 ildən çox vaxt keçib. O günlər üçün çox darıxıram.

– Filmdə Azərbaycanın böyük aktyorları Həsənağa Turabov və Zemfira Sadıxova sizin valideynləriniz rolunda oynayıblar. Kinoda təcrübəsi olmayan və gənc aktyor kimi sizə bu cür peşəkar aktyorlarla çəkilmək hər hansı bir çətinlik yaradırdımı?

– O zaman 23 yaşım vardı. Aktyorluğa yeni başlayırdım. İlk dəfə Azərbaycana getmişdim. Azərbaycanlılar çox qonaqpərvərdirlər. Həyatımın ən xoş və xoşbəxt anlarını yadıma salanda Bakıdakı günləri xatırlayıram. Tanınmış azərbaycanlı aktyorlarla bir yerdə çəkilməkdən çox qürurlu idim. Aktyorların hamısı mənə çox isti münasibət bəsləyirdi. Azərbaycanlılar həm də çox səmimidirlər. İnsanlarda bu keyfiyyətə həmişə böyük önəm vermişəm. Həmkarlarımla dostluq edirdim, bir yerdə vaxt keçirirdik. Tez-tez Oqtay Mirqasımovun evində qonaq olurdum. Bu səmimi münasibətləri heç vaxt unutmayacağam. Məni həmin günlərdən 40 illik bir dövr ayırır. O günlər üçün çox darıxıram. Oqtay Mirqasımov və digərləri ilə görüşməyi, Azərbaycanda yenidən çəkilməyi arzulayram.
Rüstəm rolunun öhdəsindən gəlməyimə təəccüblənirdim. Mənə doğma olmayan rus dilində və tanımadığım azərbaycanlı aktyorlarla çəkilirdim. Lakin onlar elə şərait və istilik yaradırdılar ki, özümü sərbəst hiss edirdim. Ata-anamı oynayan aktyorlar mənə valideyn münasibəti bəsləyirdilər, məni dəstəkləyirdilər. Mənə çox mehriban davranırdılar. O anları heç vaxt unutmayacağam.

Ən maraqlısı bilirsiniz nədir? Mənə məlum olub ki, bu film hələ də izlənir. Filmin çəkilməsindən 25 il sonra – 15 il bundan qabaq yolda qarşılaşdığım üç qadın mənim “Rüstəm” olub-olmamağımla bağlı öz aralarında mübahisə edirdilər. Onlar məni tanımışdılar. Bir neçə il öncə isə çalışdığım teatrda mənə məktub qoymuşdular. Rol ifa etdiyim tamaşanı izləyən bir qadın məni tanıdığını yazmışdı. Məni görməyindən məmnunluğunu ifadə edən qadın qeyd etmişdi ki, o da filmdə çəkilib və epizod rol oynayıb.

Almaniyada çoxlu türk yaşayır. Onların arasında da dostlarım var. Bir neçəsinə filmin “Youtube”dakı ünvanını göndərmişəm ki, baxsınlar. Axı sizin diliniz bir-birinə bənzərdir.

– Çəkiliş prosesində yadınızda ən çox qalan hansı məqamlardır?

– Hər gün çəkilişlər gedirdi. Bir gün mənim iştirakımla vacib səhnə lentə alınmalı idi. Bütün gecəni dostlarla yeyib-içmişdik, kefimiz kök idi. Səhər fikirləşdim ki, çəkilə bilməyəcəm. Lakin hər şey uğurla keçdi. Deyə bilərəm ki, həmin səhnə ən yaxşılarından biridir. Azərbaycanlı dostlarımla hər gün çox xoş keçirdi və yumorla dolu idi.

Azərbaycanla bağlı xatirələrim yaddaşıma əbədi həkk olunub. Bu ölkə barədə eşidəndə çox sevinirəm. Baxmayaraq ki, orada cəmi 4-5 ay olmuşam. 64 illik ömrümün cəmi bir neçə ayı Azərbaycanda keçib, amma bu ölkə ilə bağlı xatirələrim məni hər zaman günəş kimi isidir.

– Filmdə əsas tərəf müqabiliniz, Rüstəmin sevdiyi qız – Çinarənin obrazını yaradan aktrisamız Həmidə Ömərova ilə oyununuz necə alınırdı?

– Həmidə ilə birgə səhnələrimizdə çətinliklər yaşanırdı. Biz sevgili cütlüyü oynayırdıq, qucaqlaşma və öpüşmələrin yer aldığı səhnələrdə çəkilirdik. Mənim o vaxt sevdiyim qız vardı. Digər qıza sevgi hissini oynamağım çətin idi, təbii alınmırdı. Böyük təcrübəyə malik aktyor üçün bu, elə də çətinlik yaratmır. Xatırladığım qədər sevgi səhnələri ilk çəkilən səhnələrdən idi və çətinliklər də məhz bu səbəbdən yaranırdı. Çətin olsa da, gün keçdikcə bir-birimizə öyrəşdik və sərbəst olduq. Həmidə mənə kömək etdi və bizdə sevgililər rolunu oynamaq alındı.

– Filmdən sonra Azərbaycanla əlaqələriniz davam etdimi? Yeni dəvətlər aldınızmı?

– Bu filmdən sonra mənim böyük kino karyeram başladı. Teatr və televiziya tamaşalarında da rollar ifa edirdim. Daha sonra Rasim Balayevlə 1981-ci ildə Almaniya istehsalı olan “Əgər Yer yumru olmasaydı…” filmində çəkildim. Azərbaycanı tərk etsəm də, ölkə hələ bir neçə ay gözümün önündən getmədi və bundan çox məmnun qaldım.

Əvvəllər Oqtay Mirqasımovla əlaqə saxlayırdıq. Lakin 90-cı illərdə hər şey dəyişdi. Taleyim məni Almaniyaya aparıb çıxardı. Artıq 27 ildir bu ölkədə yaşayıram.

Üç ay bundan öncə Oqtay Mirqasımovla əlaqə saxlamışam. Bir neçə il bundan qabaq Batumidə kinofestivalda jürinin üzvü idim. Orada ad və soyadını unutduğum bir azərbaycanlı rejissor məni tanıdı. Azərbaycanla əlaqələrim kəsilmir. Arzu edirəm ki, onlar davam etsin. Hər zaman məni kimsə Azərbaycanla əlaqələndirir. İndi bunu siz edirsiniz. Bu taledir. Mən bu dostluq münasibətlərinin bitməməsini arzulayıram.

Təəssüflər olsun ki, Azərbaycandan yeni dəvət almadım. Gürcüstan kinolarında çəkildim. Moskva və Kiyevdə də ekran əsərlərində rol aldım.

– “Anlamaq istəyirəm” filminin finalı izləyicilərdə bir sual doğurur. Sonda Rüstəm və Çinarə görüşürlər, itirdikləri sevgiyə təəssüflənirlər və onların bundan sonra yenidən bir yerdə olub-olmayacaqları bilinmir. 40 ildən sonra filmin davamı çəkilsə, bunu necə qarşılayarsınız?

– Yaxşı sualdır. Bu barədə fikirləşmək lazımdır (gülür). İnternetdə Həmidənin fotoşəkillərinə baxmışam. O, çox yaxşı görünür. Davamını çəkmək çox əla və maraqlı olardı. Saysız-hesabsız filmlər lentə alınıb, lakin onların çoxu uğursuzdur. Uğurlu filmlər isə çox yaşayır. Əgər aktyorlar 40 ildən sonra hələ də yaxşı formadadırlarsa və böyük təcrübə toplayıblarsa, niyə də davamı çəkilməsin? (gülür) Mən Azərbaycanda həm bu filmin davamında, həm də istənilən digər ekran əsərində çəkilməyə çox şad olardım. 41 ildir Bakıda olmamışam, mütləq bu şəhərə dönməliyəm. Bakının küçələri üçün darıxıram. Onlar mənim xatirəmdədir.

– Azərbaycanlı kinosevərlərə şəxsi həyatınız və hazırkı fəaliyyətiniz maraqlı olardı. Hazırda harada işləyirsiniz? 

– Essen şəhərində yaşayıram. “Grillo-Theater” dövlət teatrında çalışıram. Teatrla birillik layihəm olsa da, daha sonra müddəti uzadıldı. Layihəmiz öncə Tbilisidə reallaşdırıldı, daha sonra Essendə davam etdirildi. Tamaşada əsas rolda oynayırdım. Direktor mənə yeni başqa layihələr təklif etdi. Alman dilini bilmədiyimdən ilk illər çox çətinlik çəkirdim. Bir ildən sonra Gürcüstana dönmək istəyirdim. Lakin qaldım. Direktor dəyişdi, amma məni saxladılar. Yəqin mənə gürcü temperamenti və aktyor keyfiyyətlərim kömək etdi. Əvvəllər teatrda ən gənc mən idim, indi isə ən yaşlıyam. İndi 64 yaşım var. Yarım ildən sonra teatrla vidalaşıb təqaüdə çıxacağam. Almaniyada tanınmış və hörmət bəslənilən aktyoram. Tbilisiyə filmlərə də dəvətlər alıram. Mən əsl tbilisiliyəm. Tbilisidə evim var. Mən həmişəlik Tbilisiyə qayıtmaq barədə düşünürəm.

Ailəmə gəldikdə, iki oğlum var. Levan 35, Aleksandr 31 yaşdadır. Böyük oğlum Berlində, kiçiyi isə Ştutqartda yaşayır. Onlar Almaniyada yaxşı təhsil alıblar, ABŞ və Hollandiyada təhsillərini davam etdiriblər. Hazırda şirkətlərdə işləyirlər. Aleksandr evlidir, Levan isə demək olar evlidir. Təəssüf ki, hələ nəvəm yoxdur. Oğullarımdan nəvə istəyirəm (gülür).

Taleyimə çox minnətdaram. Gürcüstana bağlıyam. Almaniyada gürcü ruhunu və xarakterini, Gürcüstan mədəniyyətini tanıtmağa çalışıram və bununla fəxr edirəm. Almaniya ilə əlaqələrimizi kəsmək istəmirəm. Lakin artıq vətən çəkir. Yadımdadır, Almaniyaya gəldiyimiz ilk vaxtlarda doğmalarımdan xahiş edirdim ki, gürcücə danışmasınlar. Çünki mən almanca öyrənirdim və almanlarla işləyirdim. Amma indi mən həmvətənlərimi axtarıram, onlarla ünsiyyət qurmaq istəyirəm. Bütün qafqazlılar belədir, bir-birlərini axtarıb tapırlar. Almaniyada gürcü dostlarımla tez-tez görüşürük, bizə qonaq gəlirlər. Bura yaxşıdır, amma vətən daha yaxşıdır.

– Azərbaycanda Sizi tanıyanlara, tərəf müqabillərinizə hansı ürək sözlərinizi çatdırmaq istəyirsiniz?

– Azərbaycanlılara və Azərbaycana məndən böyük salam və sevgimi çatdırın. Mən həqiqətən də Azərbaycanda yaşadıqlarımı təkrarlamaq istəyirəm. Məni hələ də Azərbaycan filmindəki roluma görə tanıyırlar və bu, olduqca xoşdur.

Gürcüstan və Azərbaycan xalqları arasında dostluq münasibətləri həmişə ən yüksək səviyyədə olub. Biz bu münasibətlərə dəyər verməli və qoruyub saxlamalıyıq. Siyasət bu əlaqələrə toxunmamalıdır. Ən əsası sevgidir və bundan yüksəkdə heç nə durmamalıdır. Biz bir-birimizə dəyər verməli və hörmətlə yanaşmalıyıq.

– Batono Rezo, səmimi söhbətə və Azərbaycanla bağlı xoş xatirələrinizi qoruyub saxladığınıza görə təşəkkür edirik.

P.S.Müsahibəyə əlavə olunan ağ-qara fotoşəkilləri aktyor şəxsi arxivindən təqdim edib.


mənbə :
Report.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - wiki sozun izahi antonimi adinin menasi antonimi ereb ve fars sozleri free translate sitemap free translate sitemap nedir