02.03.2015 06:16 xeber –
İraq hökümət qüvvələri yerli qəbilələrlə birləşərək Tikrit şəhəri uğrunda birgə əməliyyata başlayıb.
ANS PRESS-in məlumatına görə, İraq hökumət qüvvələri ilə yerli qəbilələrə məxsus silahlı qruplaşmalar İŞİD terror qruplaşmasını Tikrit şəhərindən çıxarmaq üçün birgə hücumlara başlayıb.
Ölkənin baş naziri və ali baş komandanı Heydər Əl-Abadi Samarra şəhərinə səfəri zamanı əməliyyatın başladığını bəyan edib.
Hazırda bölgədə güclü döyüşlərin getdiyi bildirir.
Mənbə : Anspress.com