Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
20/10/2021

Agadadas Qurbanovun qizi: "Gulsen ozunu qurban verdi" – MUSAHİBE

Ağadadaş Qurbanovun qızı: "Gülşən özünü qurban verdi" - MÜSAHİBƏ



16:20 xeber –

Firəngiz Qurbanova ilə Rəssamlıq Akademiyasının qapısında görüşürük. Salamlaşandan sonra akademiyanın dəhlizi ilə onun otağına sarı addımlayırıq. Firəngiz xanım addım səslərimizə mane olmadan sakitcə soruşur: “Biz nə haqda danışacağıq?”

Hiss edirəm ki, o özü də bu sualın cavabını çox gözəl bilir. Bilir ki, mütləq faciəvi şəkildə ölən atası Ağadadaş Qurbanovdan, faciəli tale yaşayan qardaşı Hamlet Qurbanovdan, ya da ölümü ilə arxasında neçə-neçə suallar qoyan bacısı Gülşən Qurbanovadan danışacağıq. Bir sözlə, ölümdən… Gözlərində gördüyüm ifadədən başa düşürəm ki, bu mövzuda danışmaq onun üçün çətindir. Düzü, onun qaysaq bağlayan yaralarına toxunmaq mənə də xoş deyil. Amma nə etməli… Qurbanovlar ailəsi haqqında danışa biləcək sonuncu adam məhz odur…

Kino rəssamı, animasiya rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Firəngiz Qurbanovanın APA-ya müsahibəsi

– Atanız Stalinin portretinin qurbanı olub…

– Hə… Atam həmişə qastrollara məni aparırdı. O hadisə baş verəndə mən anamla Moskvada idim. Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutuna daxil olmaq üçün getmişdim. Ona görə də atam Gülşəni aparmışdı. Gülşənin onda on beş yaşı vardı. Salyanda qastrolda olarkən qaldıqları binanın eyvanına çıxan Gülşən görür ki, motosikletçi Stalinin portretini aparır. Söhbət 1965-ci ildən gedir. Dərhal atamı çağırıb deyir ki – “ata, ata, bax, Stalinin şəklini aparırlar!” Bu sözdən sonra otaqdakıların hamısı eyvana çıxır. Ağırlığa tab gətirməyən eyvan atamın üstünə aşır. O hadisədə atamı itirdik. Sizə bir şey deyim. Mən hələ də “Arşın mal alan” filminin son səhnəsinə baxanda qəribə hisslər keçirirəm. Atam rəhmətə getdiyinə görə filmin son səhnəsi-toy səhnəsində onun yerinə başqa adam çəkilib. O səhnəyə baxanda mənə elə gəlir ki, orda toydan əsər-əlamət yoxdur. Sanki səhnə qaranlıqdır. Çünki orda atam yoxdur. O hadisədə Gülşənin də qolu sınmışdı, bir müddət xəstəxanada yatdı. Əvvəl atamın ölümünü ondan gizlədirdik.

– Gülşən xanımın atanızın ölümündə özünü günahkar bildiyi deyilir. “Kaş, mən o eyvana çıxmazdım” deyirmiş. Doğrudurmu bu?

– O sözləri mən ondan eşitməmişəm. Gülşən tək olanda ağlaya da bilərdi, pis də ola bilərdi. Amma biz onu görmürdük. Şəxsən mən onun ağladığını görmürdüm. O, heç evdə tapılmırdı. Ancaq iş arxasınca qaçırdı. Bir sözlə, onu iş saxlayırdı. Gülşəni məndən soruşanda deyirəm ki, siz məndən çox bilirsiniz onun haqqında. Ürəyi nə istəyirdisə, onu da edirdi. O səhnəni çox sevirdi, çox. Camaata ürəyini verdi. Gülşən iki dəfə infarkt keçirmişdi. Heç birində də yaxşı müalicə almadı, on gündən çox xəstəxanada qala bilmirdi. Halbuki ona müalicə lazım idi. Nə qədər dedik, qulaq asmadı. Təsəvvür edin ki, o vəziyyətdə canlı efirə çıxırdı. Gülşən özünü qurban verdi, hamıya qurban verdi. Və üçüncü infarktla həyatını itirdi.

– Onun qəbri həqiqətən açılmışdımı?

– Çox xahiş edirəm bu sualı mənə verməyin. Mən bu sualı eşitmək istəmirəm. Sizə cavab verirəm və xahiş edirəm ki, bu söhbət burada bağlansın. Gülşənin qəbri açılmayıb. Bunlar hamısı şayiədir. Sadəcə, insanlar Gülşən kimi həyatsevər bir adamın ölümünə inanmaq istəmirdilər.

– Sizin ailə ilə bağlı dolaşan şayiələrdən biri də qardaşınız Hamlet Qurbanovla atanızın həmişə küsülü olmasıdır. Bu da uydurmadır yoxsa?

– Yalandır. Onlar bir yerdə işləyirdilər. Atam həmişə Hamletə dəstək olub. Bir dəfə bir tamaşa ilə bağlı atam ona nəsə irad tutmuşdu. Belə bir şey olduğunu təxmini xatırlayıram. Bu da işlə bağlı bir şey olub. Ümumilikdə isə onların arasında problem yox idi. Bunlar hamısı camaatın uydurmasıdır.

– Hamlet bəylə ögey bacı-qardaş olmağınız aranızdakı münasibətlərə təsir göstərirdimi?

– Bilirsiniz, Hamlet mənim üçün göydəndüşmə olub. Mən balaca olanda atam bizi tanış etmişdi, onda mənim dörd-beş yaşım var idi. Uşaq yaddaşı… Unutmuşdum onu. Böyüyəndən sonra ilk dəfə atamın qırx mərasimində gördüm. Gözlərimə inana bilmirdim, sanki qarşımda atam dayanmışdı. O, atama çox oxşayırdı.

– Dünənə qədər heç görmədiyiniz qardaşla münasibət qurmaq çətin olmadı?

– Yox. Hamlet çox yaxşı adam idi. Tez-tez zəng edirdi, soruşurdu bizi. O, çox istedadlı aktyor idi. Təəssüf ki, çox yaşamadı. Atam kimi. Atam öləndə cəmi 54 yaşı vardı.

– Ananızın atanızın birinci ailəsinə münasibəti necə idi?

– Mənim anam çox ciddi adam idi. Bir dəfə də olsa, pis söz işlətməzdi, bir dəfə də olsa… Özü əməkdar həkim idi, amma sənəti, teatrı çox sevirdi. Atamla da teatra gedəndə tanış olmuşdu. Ümumiyyətlə, anam ziyalı ailədən olub. Anamgilin əsli Xoydan idi.

– Atanız, bacınız və qardaşınız… Üçü də səhnə yolunu tutdu. Nə əcəb Siz bu sahəyə getmədiniz??

– Mən kinodan ayrı düşməmişəm ki… “Alma almaya bənzər”, “Şir evdən getdi, “Ad günü” kimi filmlər daxil olmaqla neçə filmdə quruluşçu rəssam kimi çalışmışam. Üstəlik, rejissoru olduğum animasiya filmlərim var.

– Mən kinonun kulisini yox, ekranı nəzərdə tuturam.

– Balaca olanda atam məni özü ilə teatra, kinoya aparırdı. Uşaqlıqdan ekran mənim üçün çox sevimli idi. Ancaq mən heç vaxt aktrisa olmaq istəməmişəm. Aktrisa kimi isə iki filmdə çəkilmişəm. Biri “Leyli və Məcnun”, digəri “Alman klinikasına şəxsi səfər” filmidir. İkinci filmdə oynamağım tam təsadüf olub. Deməli, həmin filmdə həyat yoldaşım Fikrət Əhədov quruluşçu rəssam idi. Mənim çəkildiyim rola çəkilməli olan aktrisa xəstələndi, çəkilişə gələ bilmədi. Ona görə də bu rolda mən çəkilməli oldum.

– Yoldaşınız da rəssam idi?

– Hə, o da rəssam olub. Allah ona rəhmət eləsin. Bizim çox maraqlı tanışlıq tarixçəmiz var. Mən Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxuyanda yataqxanada qalırdım. Bir dəfə pilləkənlərlə enəndə Fikrət Əmirovun “Kürd-ovşarı” simfoniyasını eşitdim. Özümə də təəccüblü gəldi ki, Moskvada kimdir “Kürd-ovşarı”ya qulaq asan? Dərhal səs gələn otağa getdim. Mənim o vaxt əhvalım çox pis idi. Çünki cəmi iki ay idi, atam rəhmətə getmişdi, özümü çox tənha hiss edirdim. Qapını döydüm, qapı açılanda isə Fikrəti gördüm. Mahnıya qulaq asan o idi. Onunla ilk dəfə onda qarşılaşdıq. Beləcə, Fikrət Əmirov bizi birləşdirdi.

– Bildiyimə görə oğlunuz da rəssamdır.

– Elədir.

– Gülşən Qurbanovanın qızı, Hamlet Qurbanovun oğlu bəs, hardadır?

– Gülşənin qızı hazırda övladını böyütməklə məşğuldur. Hamletin oğlu isə Abxaziyada yaşayır. Orda ailəsi var, tikinti sahəsində çalışır. Bu gün də əlaqə saxlayırıq.

– Gülşən Qurbanovaya heç bənzəmirsiniz.

– Mən Gülşənə oxşamadım. Mən onun kimi deyiləm. O, çox ünsiyyətcil idi.

– Bir az da bu gündən, bu gün gördüyünüz işlərdən danışaq.

– Hazırda pedaqoq kimi fəaliyyət göstərirəm. 2003-cü ildən rektor Ömər Eldarovun dəvətilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışıram. Həmçinin “Birlik” kinostudiyasında animasiya filmləri çəkirəm.

– Yeri gəlmişkən, Azərbaycan animasiyasını bu gününü necə dəyərləndirirsiniz?

– Artıq bu sahədə yavaş-yavaş inkişaf gedir. Mən bu gün Azərbaycan animasiyası üçün əlimdən gələni edirəm. Rəhbərlik etdiyim “Birlik” kinostudiyası 1988-ci ildə fəaliyyət göstərir. “Birlik” Azərbaycanın ilk müstəqil kinostudiyasıdır, hətta keçmiş Sovet İttifaqında da ilklərdən idi. İndiyədək bu kinostudiyanın rəhbəriyəm. 1989-1992-ci illərdə Moskva Dövlət Televiziyası və Radiosunun sifarişi ilə bir neçə uşaq animasiya filmi çəkmişik.

2007-ci ildən etibarən “Birlik” kinostudiyası Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən animasiya filmlərinin sifarişləri yerinə yetirir. Təxminən bütün filmlərim və həm rejissor, həm rəssam-animator, həm də ssenarist olan oğlumun çəkdiyi filmlər Azərbaycanı beynəlxalq animasiya festivallarında təmsil edir. Fəxri diplomları və mükafatları alır.

– Bugünkü animasiyamızın durumu qənaətbəxş deyil. Sizcə niyə?

– Animasiyaya xüsusi diqqət lazımdır. Qabaq uşaqları Moskvaya təhsil üçün göndərirdilər. Mən animasiyanı sevirəm, istəyirəm bu sahə bizdə inkişaf etsin. Maddi problemlərin bu işdə rolu böyükdür. Bu gün cavanların animasiyaya gəlməsi gözəl haldır. Ancaq onlar mütləq peşə təhsili almalıdırlar. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Animasiya filminin quruluşçu rəssamı” ixtisası var. Bu ixtisas dörd ildir, yaradılıb. Mən bu ixtisasda tələbələri öyrədirəm. Ömər Eldarov bu işdə mənə çox dəstək verir.

Azərbaycanda animasiya təhsili çox vacibdir. Professional animatorlara çox ehtiyac var. Rəssam-animator peşəsini öyrətmək lazımdır, bu peşə üçün kurslar mütləq açılmalıdır.

– Bu gün dünyada 3D animasiya filmləri məşhurdur. Siz heç bu sahəyə keçməyi düşünmüsünüzmü?

– Bu gün məktəbli uşaq da kompüter qarşısında oturub proqramla animasiya yarada bilər. Ancaq onların yaratdığı primitiv şeylərdir. Belə vəziyyətdə professional olmaq çox çətindir. Mən 3D proqramına keçsəm, əsl animasiya öləcək. 3D proqramı bugünkü zamanın tələbidir, sadəcə. Məsələn, amerikanlar 3D animasiyalar çəkir və kifayət qədər də uğurlu alınır. Orda bununla peşəkarlar məşğul olur. Daha bizdəki kimi yox. Əsl cizgi tamam başqadır. Bu, əsl sənətdir.

 

Aytac Sahəd


mənbə :
www.ona.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - wiki sozun izahi antonimi adinin menasi antonimi ereb ve fars sozleri free translate sitemap free translate sitemap nedir