Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
18/11/2021

Arif Babayev: "Bir deste gul goturmusdum ki, ata-anamin qebrine qoyum, qebirleri tapa bilmedim" – MUSAHİBE

Arif Babayev: "Bir dəstə gül götürmüşdüm ki, ata-anamın qəbrinə qoyum, qəbirləri tapa bilmədim" - MÜSAHİBƏ



16:06 xeber –

Xalq artisti Arif Babayevin APA-ya müsahibəsi

Evdə üç nəfərdirlər: Arif müəllim, həyat yoldaşı və həkimi. Arif müəllimin həyat yoldaşı Gültəkin xanım bizi gülərüzlə qarşılayır. Müsahibəyə başlamadan öncə bir xeyli söhbət edirik. Arif müəllimin səhhətindən, Ağdama getməyindən danışır. Gültəkin xanım söhbət əsnasında yayılan yalan xəbərlərdən də gileylənir. “Yazırdılar ki, guya Arif müəllim…” Arxasını demir, Arif müəllimə baxır. Əslində, bilirəm nə demək istədiyini. Ümumiyyətlə, fikir vermişəm, insanlar yaxınları haqqında danışanda çox vaxt ölüm sözündən istifadə etmirlər – Gültəkin xanım kimi. Dərhal söhbəti dəyişirəm. “Arif müəllim, maşallah, çox yaxşı görünür”.

Xeyli vaxt idi, Arif Babayevdən müsahibə almaq istəyirdik, alınmırdı. Bu günə qismətiymiş. Onunla görüşmək, danışmaq bir dövrə, bir tarixə şahidlik etmək kimi bir şeydir. Muğam, xalq musiqisi ilə qoşa çəkilib hər zaman Arif Babayevin adı. Yetişdirdiyi sənətkarların sayını heç özü də bilmir. Həmişə göz qabağında, həmişə xalqın qəlbində olub Arif Babayev, ağdamlıların, qarabağlıların çox vaxt, sadəcə, “Babayev”, “Hacı” deyə müraciət etdiyi ustad, səhnəmizin Məcnunu… Elə sualımıza da musiqi dilində desək, Məcnunla ayaq verdik…

– Necədir, səhnəmizin Məcnunu?

– Məcnunu? (Gülür) Məcnunu idim. Artıq yaşa dolmuşam. Uzun müddət Məcnun oldum, ancaq bir vaxt baxdım ki, artıq getmək lazımdır hörmət-izzətlə. Deyəndə ki, operadan getmək istəyirəm hamı məəttəl qaldı ki, hara gedirsən, niyə gedirsən? Dedim, yox, gedirəm. Artıq mənim gedən yaşımdır, indi cavanların vaxtıdır, yaxşı cavanlarımız var, qoy, onlar gəlsin. 1966-67-ci illərdə gəlmişəm operaya. Operaya gələndə cavan, arıq, hündürboy oğlan idim, indiki kimi deyildim. Elə Məcnuna da oxşayırdım. Neçə-necə Leylilər gördüm…

– Özü də qəşəng-qəşəng Leylilər…

– Hə, Leylilər çox idi o vaxt, Məcnunlar az.

– Ən qəşəng Leyliniz hansı olub?

– Hamısı bir-birindən qəşəng idi. Hərəsinin özünün sənəti, səs dünyası vardı. Görkəmləri də bu obraza uyğun gəlirdi. Leyli ki rola yaraşmadı, bax, belə oldu (əli ilə köklüyü göstərir), nəyə lazımdır? Belə Leylini görəndə də yazıq Məcnun deyir ki, “Sən Leyli deyilsən, ey pərizad”. Gərək adamın görkəmi də səhnəyə yaraşsın.

– Bəs, səs?

– Əsas səs lazımdır, ancaq görkəm də vacibdir. Ümumiyyətlə, tək operada yox, hər yerdə gərək adam özü baxsın olduğu yerə. Getmək lazım olanda da hörmətlə getsin.

Operadan sonra da getdim filarmoniyaya. Milli konservatoriya açılanda da ora dəvət olundum. Konservatoriyada muğam kafedrası yarandı, orda çalışmağa başladım. İndi də orda müəlliməm, yaxşı tələbələrim var.

– Arif müəllim, toy və opera bir-birindən çox fərqlənir. Hər iki sahədə olmaq sizə çətin olmurdu?

– Operanın yolu başqadır, xanəndəliyin yolu başqa. Operanın öz incəlikləri var.

Mən onları bir-birindən ayırmağı bacarmışam. Toy da ki öz yerində. Mən gözümü açıb toy görmüşəm. Ömrümün axırına qədər də xanəndə kimi oxumuşam.

– Leylilərdən bu gün kiminlə əlaqə saxlayırsınız? Məsələn, Zeynəb Xanlarova ilə əlaqəniz varmı?

– Nə yalan deyim, indi əlaqəm yoxdur. Amma yubileyimə çağırmışdım, gəlib, yaxşı da iştirak etmişdi.

– Siz Flora Kərimova ilə də “Leyli və Məcnun”u oynamısınız.

– Hə, bir dəfə olmuşam. Pis oxumadı, öhdəsindən gəldi Flora. Tamaşaçılar da onu sevir, axı. Çoxlu əl çaldılar. Asan deyil e, “Leyli və Məcnun”u səhnədə oynamaq.

– Həyatda da Məcnun rolunda çıxış etmisinizmi?

– (Gülür). Gördün də mənim Leylimi (həyat yoldaşını göstərir). Mənim Leylim odur.

– Leyliniz Sizi dağa-daşa salıbmı?

– Yox (gülür). Mən gözümü açmışam, oxumuşam, işləmişəm. Axı, mənim sevgidən danışan yaşım deyil. Amma onu da deyim ki, sevgi var. Sevgi dünyanın xilaskarıdır.

– Bu gün hansı tələbənizi görəndə “Bax, bu mənim tələbəmdir” sözünü ürəkdən deyirsiniz?

– Nəzakət Teymurova, Aygün Bayramova, Nuriyyə… (düşünür) çoxdur, vallah. Adlarını çəkmək istəmirəm e. Birini deyirəm, biri qalır. Sonra inciyirlər məndən. Çox yaxşı tələbələrim var. İndi tələbələrimin çoxu müəllimdir, onların öz tələbələri var. Onları görəndə sevinirəm. Ağac bar gətirəndə necə sevinərsə, bax, o cür.

– Bəs, bu gün oxuyanlardan kimi dinləyirsiniz?

– Mirələm Mirələmovu. Çox gözəl oxuyur Mirələm. Arada ona qulaq asıram. Ürəklə oxuyur.

– Mirələmin səsində nəsə tamam başqa bir şey var. Gözəl səsdən daha artığı.

– Bilirsən, məsələ səsin olmağında yox, səsin qəlbə toxunmağındadır. Səs qəlbə toxunmalıdır e, toxunmalıdır. Bunu izah etmək mümkün deyil. Bir də görürsən deyirlər ki, Elnarə (Elnarə Abdullayeva – red. ) mərsiyə oxuyur. Ay kişi, hər necə oxuyur, əsas odur ki, oxuduğu toxunur adama.

– Deməli, yaxşı səs təhsildən də vacibdir?

– Yox-yox, səs lazımdır, səs. Təhsil də olsa, yaxşı olar, əlbəttə. Amma birinci səs. Adama toxunan səs. Səs mənim qəlbimə toxunmalıdır, yeri gəlsə, ağlatmalıdır. Bir də görürsən deyirlər ki, kişi ağlamaz, niyə ağlamır ə? Ağlayır. Elə səs var ki, qəlbinə toxunub, hönkür-hönkür ağladır səni…

– Bəs axırıncı dəfə nə vaxt hönkür-hönkür ağlamısınız?

– Sarıcalıda. Ağdama gedəndə…

– Yəqin Ağdamdan gələndə də ağlamısınız.

– Otuz ildən çox idi çıxmışdım Ağdamdan. Yaxşı yadımdadır, hadisələrin qarışan vaxtı idi. Bir dəfə dedim ki, nə olursa-olsun, gedib atamın-anamın qəbrini ziyarət edəcəm. Orda qəşəng bir ev də tikdirmişdim, iki mərtəbəli. Bülbüllər cəh-cəh vururdu o evin pəncərəsində. Dedilər ki, getmə, nəsə edər ermənilər sənə, yaxındadırlar. Heç kimin sözünə qulaq asmadım. Getdim ordakı evə. Onda artıq ermənilər Şahbulağa qədər gəlmişdi. Qəbirləri ziyarət etmədən öncə dedim gedib evimi də ziyarət edim. Hələ də gözümün qabağındadır, aralı qalan darvazam. Gəldim evimin otaqlarını son dəfə bir-bir gəzdim, həyətimi doyunca dolandım. Heç yadımdan çıxmaz. Çıxıb getmək istəyəndə sonuncu dəfə dönüb evimə baxdım. “Dedim, ay Allah, bu nə fəlakətdir? Yəni mən doğulub-böyüdüyüm bu yerə bir də görməyəcəm? Ay Allah, bu cənnətdən, bu havadan bu sudan ayrı necə yaşayacam? Bir ağlamaq tutdu məni. Xeyli ağladım, xeyli… Sonra birtəhər özümü toplayıb çıxdım. Bir az getmişdim gördüm ki, hər qapıdan bir tanış çıxdı. Sən demə, mənə deməmiş məni qorumağa gəliblər ki, ermənilər birdən kişini aparar. Uzun sözün qısası, axırıncı gedişim o oldu (Fikrə gedir). Orda qəşəng ev var, evin içində hər şey var, qəşəng mebellər (elə bil keçmiş zamanda danışmağa dili gəlmir).

– Arif müəllim, daha nə o ev var, nə də o mebellər…

– Hə… İndi heç yeri də qalmayıb. Mənim üç qızım vardı. Sonra Yaşar oldu. Daha bildim ki, məni bir çiynində aparan olacaq. O doğulandan sonra Ağdamda həmin evin bünövrəsini tökdürdüm, gözəl bir ev tikdirdim. Bülbüllü bir bağçada. Bülbüllər pəncərəmin qabağında cəh-cəh vururdu. Ordan çıxanda da ona ağlayırdım ki, o bülbüllərdən ayrılıram. Mən orda bülbüllü bağçalar qoyub gəldim…

– İllər sonra ora qayıdanda Sizi ən çox yandıran nə oldu?

– Atamın-anamın qəbrini tapa bilmədim e. Şumlamışdılar oranı. Halbuki bir dəstə gül götürmüşdüm ki, onların qəbrinin üstünə qoyum. Onların qəbrini tapa bilmədim, ona görə də tanımadığım bir məzarına qoydum gülləri. Bilirsən, torpağımı görən kimi öpdüm, bağrıma basdım, cibimə doldurub gətirdim. Şükür ki, bu gün torpaqlar qayıtdı. Ordumuzun, İlham Əliyevin gücünə qayıtdı bu torpaqlar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

– O dağılan evi yenidən tikmək istəyərsinizmi?

– Çox istəyərdim ki, mənim Ağdamda ev-muzeyim olsun.

– Axı, ev yoxdur.

– Tikəcəyik də…

– Bayaq dediniz ki, Yaşar olanda düşündünüz ki, Sizi çiynində aparan olacaq. Görəsən, niyə adamlar kimin çiynində gedəcəyini, kimin onun ağlayacağını bu qədər çox düşünür?

– Axır mənzildir də, ordan o yana yol yoxdur, axı…

– Bəs, Fəxri Xiyaban davaları?

– Deyim də sənə, çünki insan şöhrəti sevir, xüsusilə də sənət adamları. Elə adamlar var ki, onlara Fəxri xiyabanlar halaldır, çünki onlar böyük adamdırlar. Dövlətimiz qədirbilən dövlətdir. Əlli il əziyyət çəkənə, əlbəttə, orda basdırılmaq halaldır. Axı, adama nə qalır öləndən sonra? Ən azından övladları valideynə verilən dəyəri görəndə onunla fəxr edir.

– Bağışlayan adamsınız?

– Hə, bağışlayan adamam. Tez keçir əsəbim. Yumşaq adamam, bu da yaxşı deyil heç.

– Canəli Əkbərovu bağışladınız?

– Əlbəttə. Son nəfəsdir, axı. Əlbəttə, keçməli idi o inciklik. İnsanıq da. Hamı gedəcək bu yolu. O mənim xanəndə yoldaşım idi. Canəlinin bu sənətdə zəhməti olub. Aramızda olan xırda-para şeylər də keçdi. Allah ona rəhmət eləsin. Hər şeyi qoyuruq bir kənara, son mənzildə necə kinli olmaq olar?

– Siz həm də Hacısınız.

– Hə, bir də görürsən heç adımı demirlər, elə Hacı deyə müraciət edirlər. Düzü, qatı dindar deyiləm. Amma o kişiyə çox bağlıyam. Bilirsən, mənim səhvlərim çoxdur. Bir az səbirsizəm. Tez alışıb, tez sönürəm. Bəzən buna görə səhvlər edə bilirəm. Ancaq onu da deyim ki, səhvimi boynuma alan adamam.

– Övladlarınızdan niyə Sizin sənəti davam etdirən olmadı?

– Səs, yaxşı istedad olsaydı, deyərdim hə, amma yox idi. İstedad varsa, bu sənətə niyə də getməsin, niyə əngəl olum ki? Qızlarım üçün yox, oğlum üçün deyirəm bunu.

– Niyə qız yox?

– Mən illərdir bu sənətdəyəm, görürəm bu sənətin əziyyətlərini. Uzaq yollarda, yuxusuzluq, çətinlik. Düşünürəm ki, qadın üçün daha çətin olardı. Buna görə deyirəm.

– Arif müəllim, son dövrlərdə xanəndələrin muğam oxuyarkən müxtəlif boğazlar, improvizasiyalar etdiyini görürük. Sizcə, muğam klassik sənət ənənələrinə daim sadiq olmalıdır, yoxsa yeniliklər daha yaxşıdır?

– Baxır yeniliyə. Bu yol klassik yoldur. Yeni yollara da üz tutmaq olar, ancaq əndrabadilik yox. Boş yeniliklərlə razılaşmıram. Məsələn, Alim (Alim Qasımov – red.) oxuyur, improvizələr eləyir, etdiyi yeniliklər də yaraşır. Ancaq bir başqası onu yamsılayanda, məni açmır.

– Üslubu da, oxu tərzini də başa düşdük. Ancaq ümumi şəkildə baxsaq, xanəndələrin çərçivələri daha çoxdur. Məsələn, xanəndə niyə həmişə kostyumda olmalıdır? Tutaq ki, xanəndənin gözəl səsi var, gözəl oxuyur. Amma şortikdə oxuyur.

– Mən də sərbəst geyinməyi xoşlayıram. Ən çox da Qaxda olanda. Həyətdə sərbəst geyinirəm, heç kim də görmür məni. Amma səhnədə, ciddi yerdə yaxşı geyinmək lazımdır. Hökm deyil ki, bahalı kostyum olsun, əsas odur təmiz və səliqəli olsun. Muğam ustası ciddi olmalıdır. Muğam ciddi sənətdir. Onun nümayəndəsi də özünü yaxşı aparmalıdır. Çünki camaatın gözü qabağındadır.

– Sizi Şuşada keçirilən Xarıbülbül Festivalında görmədik.

– Onda səhhətimdə problemlər vardı. Mehriban xanım sağ olsun, köməkçiləri zəng vurub məni dəvət etdilər. Özümü yaxşı hiss etmədiyim üçün təəssüf ki, gedə bilmədim.

– Arif müəllim, səhnə həyatınızda başınıza gələn ən maraqlı hadisələrdən birini danışa bilərsinizmi?

– Deməli, bir dəfə “Gəlin qayası”nda Camal rolunu oynayıram. “Dolandım hər yanı, gəzdim hər yanı” oxuya-oxuya zalı gəzirəm. Birdən zaldakılardan biri ayağa durub dedi ki, “Arif müəllim, 9-na boşsan?” Mən də duruxdum qaldım, cavab da verə bilmədim, dirijor da orda çaş-baş qalıb. Sonradan mənə deyir ki, “sən orda neynirdin, axı? Daha demir ki, məndən ayın 9-na toy soruşurlar. İnsandır da. Yəqin, məni görmüşkən sözünü demək istəyib (gülür).

 

Gülüşünə mane olub, növbəti sualı vermək gəlmir içimdən. Gülə-gülə də müsahibəni bitiririk…

Foto – Sabir Məmmədov © APA Group


mənbə :
www.ona.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - wiki sozun izahi antonimi adinin menasi antonimi ereb ve fars sozleri free translate sitemap free translate sitemap nedir