Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
22/11/2021

“Meqa Heyat” resmisi: “Saglam reqabet biznesin inkisafinda esas amillerdendir”

“Meqa Həyat” rəsmisi: “Sağlam rəqabət biznesin inkişafında əsas amillərdəndir”



xeber –

Azərbaycanın sığorta bazarına yeni daxil olmuş “Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədrinin sığorta məsələləri üzrə müavini Emil Ağamaliyev müsahibə verib.

E.Ağamaliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat və Menecment fakültəsinin məzunudur, hazırda Böyük Britaniya Sığorta İnstitutunda (The Chartered Insurance Institute – CII) sığorta və risklərin idarə edilməsi üzrə təhsilini davam etdirir. O, 10 ildən artıqdır ki sığorta sahəsində çalışır, əsasən aktuarlıq, risklərin qiymətləndirilməsi və proqramlaşdırma üzrə ixtisaslaşıb, bundan əvvəl “Meqa Sığorta” ASC-də məsul aktuari kimi fəaliyyət göstərib.

– “Meqa Həyat Sığorta” adı ilə sığorta bazarına qədəm qoymusunuz. Müştərilərə hansı yenilikləri vəd edirsiniz?

– “Meqa Həyat Sığorta” Azərbaycanın ən gənc sığorta şirkətidir. Həyat sığortası üzrə fəaliyyət göstərməyə icazə verən lisenziyanı bizə Azərbaycan Mərkəzi Bankı (AMB) bu il fevralın 19-da verib. Yeni yaranmağımıza baxmayaraq bu gün biz sığorta bazarında mövcud olan bütün həyat sığortası məhsulları ilə müştərilərin xidmətindəyik.

“Meqa Həyat Sığorta” bu ilin mart ayından İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığortaçıları reyestrinə daxil edilib və qısa olaraq “İşçilərin icbari həyat sığortası” dediyimiz “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə fəaliyyət göstərmək icazəsi əldə edib. Bu sığorta növü işçilərin əmək münasibətləri ilə əlaqədar olaraq aldığı xəsarətlər nəticəsində onların maddi təminat altında olması baxımından mühüm əhəmiyyətə malikdir. Son dövrdə AMB və və İSB-nin səyləri nəticəsində bu növ üzrə elektron sistem daha da optimallaşdırılıb və inanırıq ki, atılan məqsədyönlü addımlar nəticəsində “İşçilərin icbari həyat sığortası” üzrə sığorta penetrasiyası daha da artacaq.

Müştərilərimizə təklif etdiyimiz digər əsas həyat sığorta növlərindən biri də yüksək investisiya faizli yığım sığortasıdır. Bu sığorta növü üzrə müştərilər istəklərinə uyğun formada sığorta haqlarını yığım sığortasına ayırmaqla sığorta müddəti ərzində ölüm halından və müddətin sonunadək yaşam halından sığortalana bilərlər. Ən əsası isə müştərilərimiz aldıqları əmək haqqının müəyyən bir hissəsini bu sığorta növünə yönləndirməklə qanunvericilikdə nəzərdə tutulmuş vergi və pensiya haqları üzrə güzəştlərdən faydalanmaqla həm əlavə gəlir əldə edə, həm də həyatlarını sığortalaya bilərlər.

Əlavə olaraq bildirim ki, “Meqa Həyat Sığorta” İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçılarından biridir. İpoteka krediti ilə mənzil alan şəxslər ipoteka həyat sığortası növü üzrə təqdim etdiyimiz xidmətlərdən də rahatlıqla faydalana və həyatlarını sığortalaya bilərlər. Biz həmçinin fiziki şəxslərə təqdim edilən digər kredit müqavilələri üzrə borcalanların həyatının ölüm halından, eləcə də əmək qabiliyyətinin itirilməsi hallarından sığortası növü üzrə də xidmət göstəririk.

Biz müştərilərimizə daha əlçatan xidmət göstərməyi qarşımıza məqsəd qoymuşuq. Bu məqsədlə hazırda yeni sığorta məhsulları, investisiya imkanları və onlayn həllər üzərində çalışırıq. Daima yenilənməkdə olan www.megalife.az rəsmi internet səhifəmiz artıq müştərilərin istifadəsindədir və istənilən şəxs veb-səhifəmiz vasitəsi ilə təqdim etdiyimiz sığorta məhsulları barədə ətraflı məlumat əldə etməklə sığortalanmaq üçün onlayn müraciət edə bilər. Hazırda biz müştərilərimiz üçün elektron şəxsi kabinet platformasının üzərində çalışırıq və yaxın zamanlarda bu xidmətimiz də vətəndaşlarımızın istifadəsinə veriləcək.

– Həyat sığortası sahəsində tədricən rəqabət artır. Sizin rəqiblərinizdən hansı fərqləriniz olacaq? Bu rəqabətə hazırsınız?

– Sağlam rəqabət biznesin inkişafına təkan verən əsas amillərdən biridir. Fikrimcə, həyat sığortası üzrə sığorta bazarında fəaliyyət göstərən sığorta şirkətlərinin sayının 5-ə çatması Azərbaycanda həyat sığortasının inkişafı baxımından mühüm addımdır. Bu, sığorta bazarında rəqabətin artmasına və birbaşa olaraq sığorta sektorunun da inkişafına gətirib çıxarır. Bizim də yeni həyat sığorta şirkəti olaraq qarşımızda duran əsas məqsəd həyat sığortasının daha da inkişaf etdirilməsi, vətəndaşların həyat sığortası barədə daha da maarifləndirilməsi və əhalinin keyfiyyətli sığorta xidmətləri ilə təmin olunmasıdır.

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə bizim əsas hədəflərimizdən biri təqdim etdiyimiz sığorta xidmətlərinin maksimum avtomatlaşdırılması, müştərilərin sığorta əməliyyatlarını rahat formada onlayn vasitələrlə həll etməsi imkanlarını yaratmaqdır.

Rəqabətə həmişə hazırıq. Məqsədimiz həyat sığortası üzrə göstərdiyimiz xidmətləri peşəkarlıqla, keyfiyyətlə icra etməklə müştərilərimizin məmnunluğunu təmin etmək, tərəfdaşlarımızın etimadını doğrultmaq, Azərbaycanda sığorta mədəniyyətinin inkişafına töhvə verməkdir. İnanırıq ki, qarşımızaa qoyduğumuz bütün məqsədlərə çatacağıq.

– Sığorta şirkəti olaraq müəyyən təcrübəniz var. Fəaliyyətinizi həyat sığortası üzrə də genişləndirməyiniz hansı zərurətdən doğdu?

– Bildiyiniz kimi “Meqa Həyat Sığorta”nın səhmdarı 100% “Meqa Sığorta”dır. Bu şirkət 10 ildən çoxdur qeyri-həyat sığorta bazarında fəaliyyət göstərir, bazarın əsas sığorta şirkətlərindən biridir. Həyat sığortası üzrə bazarın analizi, eləcə də statistik göstəricilər bunu deməyə əsas verir ki, bu sahə sürətlə inkişaf edir və həyat sığortası xidmətlərinin geniş prespektivləri mövcuddur. Həyat sığorta sektorunun yığılan sığorta haqlarına nəzər salsaq görərik ki, 5 il əvvəl həyat sığortası üzrə yığımlar ümumi sığorta bazarının təxminən 30%-ni təşkil edirdisə, 2020-ci ildə həyat sığorta şirkətlərinin ümumi yığımlarda payı 42%-ə yüksəlmişdir. Bu artımın isə əsas səbəbi həm dövlətimiz tərəfindən həyat sığortasının inkişafı baxımından təşviqedici addımların atılması, həmçinin iqtisadiyyatımız inkişaf etdikcə insanların həyat sığortalarına olan maraqlarının da artması olmuşdur. Bu baxımdan yeni həyat sığorta şirkətlərinin sığorta bazarına daxil olmaları təbiidir.

– Reklam, təbliğat, maarifləndirmə sahəsində işinizi necə qurmağı planlayırsınız?

– Hazırda ölkədə sığorta savadlılığının artırılması istiqamətində AMB, “Azərbaycan Sığortaçılar Asossasiyası” ictimai Birliyi və İSB geniş miqyaslı maarifləndirmə işləri aparır və bu işlərin nəticəsi olaraq həm əhalidə sığorta biznesi haqqında məlumatlılıq artır, həm də ümumi olaraq sektor bu təbliğat işlərindən faydalanmış olur.

“Meqa Həyat Sığorta” olaraq biz də öz növbəmizdə istər ümumi sığorta sahəsi üzrə marifləndirmə olsun, istərsə də müəyyən sığorta məhsulları haqqında təbliğat işlərini mütəmadi olaraq həyata keçiririk. İndiki dövrdə reklam aksiyalarımızın əsasən daha effektiv olduğunu düşündüyümüz sosial şəbəkələrdə, müxtəlif saytlarda, həmçinin ənənəvi olaraq radio, televizya və sair üsullarla edilməsini planlaşdırırıq. Gənc nəsildə sığorta bərədə məlumatlılığın artırılması məqsədi ilə müxtəlif universitet tələbələri üçün təlim və seminarların təşkil olunmasını, müxtəlif korporativ tədbirlərdə sığorta məhsulları barədə təqdimatların keçirilməsini, eləcə də mətbuatla daha yaxından işləməyi özümüzə məqsəd qoymuşuq.

Biz həmçinin daxili kadr potensialımızın da daimi inkişafına önəm veririk. Əməkdaşlarımızın təlimi, onların peşəkar kadr kimi inkişaf etməsi şirkətimizin daxili inkişaf strategiyasının vacib bir hissəsidir. Bu məqsədlə biz dünyanın 70-dən çox ölkəsində həyat sığortası üzrə təlim və inkişaf proqramları təklif edən Amerikanın Life Office Management Association (LOMA) təşkilatı ilə əməkdaşlığa başlamışıq. LOMA ilə partnyorluq nəticəsində əməkdaşların həyat sığortası, təkrarsığorta, risklərin qiymətləndirilməsi, müştəri xidmətləri və idarəetmə sahəsində bilik və bacarıqlarının daha da artırılması, “Certificate in Underwriting”, “Associate Reinsurance Administration”, “Fellow Life Management Institute”, “Associate Customer Service” və digər təlim və sertifikasiya proqramlarına cəlb olunması planlaşdırılır.

Bu ilin avqust ayında şirkətimiz Amerika Anderrayterlər İnstitutunun Azərbaycandakı imtahan mərkəzi kimi təsdiq edilmişdir. İnstitut “The Institutes” – Risk & Insurance Knowledge Group brend adı ilə fəaliyyət göstərir və 100 ildən artıqdır ki, sığorta və risklərin idarə edilməsi üzrə təhsil və sertifikasiya proqramları təklif edir.

Həmçinin qeyd etmək istərdim ki, əməkdaşlarımızın dünyanın ən nüfuzlu sığorta institutlarından biri hesab edilən CII-də sığorta təhsili alması, eləcə də onun sertifikat və diplomlarının əldə edilməsi şirkətimizin kadr siyasətinin əsas prioritetlərindən biridir.

– Dünyada və ölkəmizdə bu gün də davam edən COVID-19 pandemiyası həyat sığortası bazarına hansı şəkildə təsir etdi? Həyat sığortası bazarı bu vəziyyətdə əks-təsir reaksiyası göstərə bildimi?

– Düşünürəm ki, COVİD 19 pandemiyası bütün sferalarda olduğu kimi, sığorta şirkətlərinə də öz mənfi təsirlərini göstərdi. 2020-ci ildə həyatın ölüm halından sığorta sinifi üzrə həyat sığorta şirkətləri ümümilikdə 5 mln manata yaxın sığorta ödənişi etmişdir və bu ödənişlərin tərkibində digər risklərlə yanaşı pandemiya nəticəsində baş verən hadisələr də mövcuddur. 2018-2019-ci illərdə isə bu göstərici müvafiq olaraq 1 milyon 600 min və 1 milyon 250 min manat təşkil edirdi.

Pandemiyanın sığorta biznesinə mənfi təsirinin azaldılması məqsədilə sığorta şirkətləri adekvat addımlar atdı, bir çox şirkətlərdə proseslərin avtomatlaşdırılması ön plana çıxdı, proqram təminatları daha da təkmilləşdi, məsafədən iş praktikası tətbiq olunmağa başladı, bəzi sığorta şirkətlərində yeni sığorta məhsulları yarandı, həmçinin risklərdən daha etibarlı şəkildə qorunmaq üçün təkrarsığorta strategiyaları yenidən nəzərdən keçirildi.

Təkrarsığorta ilə bağlı qeyd edim ki, “Meqa Həyat Sığorta” həyat sığortası risklərinin təkrarsığortası üzrə Amerikanın “General Reinsurance Corporation” (GenRe) şirkəti ilə əməkdaşlıq edir. Şirkətlərimiz arasında bağlanmış obliqator təkrarsığorta müqaviləsinə əsasən “Meqa Həyat Sığorta”nın sığortaladığı risklərin bir hissəsi avtomatik “GenRe” təkrarsığorta şirkətinə ötürülür. Obliqator təkrarsığorta müqaviləsi pandemiya kimi kütləvi sığorta ödənişləri tələb edən hadisələr zamanı şirkətimizin maliyyə sabitliyinin qorunmasında və müştərilərimiz qarşısında öhdəliklərimizin tam olaraq yerinə yetirilməsində mühüm rol oynayır.


mənbə :
Report.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - wiki sozun izahi antonimi adinin menasi antonimi ereb ve fars sozleri free translate sitemap free translate sitemap nedir