Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
25/11/2021

Azerbaycan Soci ve Brussel danisiqlarina nece gedir? – TEHLİL

Azərbaycan Soçi və Brüssel danışıqlarına necə gedir? - TƏHLİL



17:13 xeber –

Artıq xeyli müddətdir, ən çox müzakirə edilən mövzulardan biri Azərbaycan və Ermənistan liderləri arasında görüşün nə vaxt baş tutacağı ilə bağlı idi. Görüş üçün əvvəlcə noyabr ayının ilk ongünlüyü göstərilsə də, məğlub ölkənin başçısı Nikol Paşinyan Azərbaycan lideri İlham Əliyev qarşısına çıxmaqdan çəkindiyinə görə müxtəlif bəhanələrlə vaxtın uzadılması ilə məşğul idi. Paşinyan Rusiya və Qərb arasında çaşqın seçim qarşısında qaldığı və Brüssel görüşünə üstünlük verdiyi halda, hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan lideri üçün belə bir seçim olmadı. Əksinə, görüşün təşəbbüskarı olan beynəlxalq aktorlar ölkəmizin maraqlarını nəzərə alaraq, Azərbaycan və Ermənistan liderləri arasında görüşün mövzularını rəsmi Bakının istəklərinə uyğun qurdu.

Yekun olaraq Rusiyanın təşəbbüsü ilə noyabrın 26-da Soçidə, Avropa İttifaqının təşəbbüsü ilə isə dekabrın 15-də görüşlər nəzərdə tutulur.

Xatırladaq ki, son görüş bu il yanvarın 11-də Moskvada baş tutmuş, tərəflər arasında müəyyən razılaşmalar əldə olunmuşdu. Həmin görüşdən uzun müddət keçməsinə baxmayaraq, Ermənistan tərəfi daha çox əldə edilən razılıqların icrası ilə bağlı vaxtın uzadılması ilə məşğuldur. Lakin son hadisələr də göstərir ki, müharibəyə qədərki dövrdə olduğu kimi, hazırda aparılan siyasət də mütləq şəkildə Azərbaycanın maraqlarının yerinə yetirilməsi ilə nəticələnəcək.

Unutmayaq ki, söhbət kifayət qədər çətin həlli olan və hegemon dövlətlərin özlərinin yaratdıqları problemin həllindən gedirdi. Nəticə etibarilə Azərbaycan Prezidenti İlham Əliyev apardığı praqmatik, rasional siyasət nəticəsində Ermənistan və onun havadarlarına tarix dərsi keçdi, regionda 200 il ərzində mövcud olan geosiyasi konfiqurasiya darmadağın edildi.

Soçi görüşünə məğlub və çarəsiz sifətində yola düşəcək Nikol Paşinyandan fərqli olaraq, Azərbaycanın dövlət başçısı danışıqlara qalib və postmüharibə dövründə mövqeyini daha da möhkəmləndirmiş lider kimi gedir.

Prezident İlham Əliyevin Qarabağ və Zəngəzur zəfəri məqsədyönlü və sistemli şəkildə aparılan daxili və xarici siyasətin nəticəsidir. Son 18 ildə Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən İlham Əliyev 44 günlük müharibədə Azərbaycan xalqına böyük qələbə bəxş etməklə regionda təxminən 200 il davam edən geosiyasi konfiqurasiyanı darmadağın etdi, Avrasiyanın mərkəzində yeni güc xəttinin əsasını qoydu, eyni zamanda, bu dövr ərzində torpaqlarımız hesabına ərazisini genişləndirən və hər dəfə bununla daha da ruhlanan və azğınlaşan erməni iştahasına son qoydu.

Ötən il əldə olunan böyük Zəfər bütün sahələrdə aparılan genişmiqyaslı işlərin nəticəsi idi. Hərbi, diplomatik, sosial-iqtisadi istiqamətlərdə Azərbaycan liderinin apardığı uzaqgörən siyasət sonda onu məqsədinə çatdırdı.

İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, problemin həlli istiqamətində Ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.

Adətən, hakimiyyətə gələn şəxslər xalqa vədlər verir, lakin hakimiyyətləri dövründə bu vədlərin heç yarı faizini belə reallaşdırmağı ya bacarmır, ya da buna cəhd etmirlər. Lakin Prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirdi, ələlxüsus həlli olduqca mürəkkəb olan və İkinci Dünya müharibəsindən sonra heç bir dövlətin bacara bilmədiyini bacardı, torpaqları geri aldı.

Azərbaycan Prezidenti İlham Əliyev milli məsələlərdə güzəştə getməyən lider olduğunu sübut edərək, bu illər ərzində yorulmadan, bir addım belə geri çəkilməyərək, heç bir güzəştə getmədən Qarabağ məsələsində Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı.

44 günlük müharibənin nəticəsi kimi Üçtərəfli Bəyanatın qəbul edilməsi zamanı bütün bəndlərdə ölkəmizin milli maraqlarının yer alması, sözsüz, heç də asan məsələ deyildi (https://president.az/articles/45924). Bəyanatla tanış olduqda münaqişə tərəfləri üçün kifayət qədər ciddi və həssas məqamların Azərbaycanın xeyrinə dəyişdiyini görmüş olarıq. Prezident İlham Əliyev mahir diplomat və strateq kimi çox ustalıqla ermənilərin məkrli planlarını alt-üst etdi.

Sözsüz ki, Bəyanatda yer alan ən əsas məsələlərdən biri, ilk növbədə, Kəlbəcər, Laçın və Ağdamın bir güllə atılmadan Azərbaycana qaytarılması oldu. Sirr deyil ki, erməni tərəfinin hər zaman Kəlbəcər və Laçınla bağlı xüsusi planları var idi, onlar bu iki rayonu Qarabağla Ermənistan arasında həmişəlik koridor kimi nəzərdə tuturdular.

Tarixi Zəfərimizdən keçən bir il ərzində erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış ərazilərdə hazırda misli görünməmiş irimiqyaslı layihələr icra olunur, yeni yollar çəkilir, həmin ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, şəhərlərin, kəndlərin baş planları, layihələri hazırlanır, yaşayış binalarının təməlləri qoyulur. Bütün sadalananlar Prezident İlham Əliyevin şəxsən rəhbərliyi altında həyata keçirilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva müntəzəm olaraq işğaldan azad edilmiş bölgələrə səfər edərək postmüharibə dövründə həmin bölgələrin gələcəyinin dövlət üçün prioritet olduğunu, bu torpaqların əsl sahibinin kimliyini bütün dünyaya göstərir. Təsəvvür edin, ötən il Üçtərəfli Bəyanatın imzalanmasından cəmi 6 gün sonra, artıq noyabrın 16-da prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər etdilər (https://president.az/articles/46840).

Dövlət başçısının işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafına nə dərəcə mühüm əhəmiyyət verdiyini, Azərbaycan dövlətinin 30 il ərzində ermənilər tərəfindən darmadağın və viran edilən torpaqlarda qısa müddət ərzində bir çox nailiyyətlərə imza atdığını misal göstərmək olar. İşğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı Prezidentin tapşırığının icrası hazırda yüksək surətlə davam etməkdədir. Eyni zamanda, işğaldan azad edilmiş rayonlarda “yaşıl enerji” zonasının yaradılması məqsədilə ilkin olaraq pilot layihələr qismində bəzi yerlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının da tətbiqi baş tutacaq. Bundan başqa, son bir il ərzində Şuşa şəhəri də daxil olmaqla işğaldan azad olunmuş müxtəlif yaşayış məskənlərində dayanıqlı elektrik enerjisinin təmin edilməsi üçün elektrik yarımstansiyaları istifadəyə verilib.

Artıq bir ildir ki, Qarabağ və Şərqi Zəngəzurda işğalçının dağıtdığı, xaraba qoyduğu yaşayış sahələrində genişmiqyası bərpa-quruculuq işləri gedir, bütün torpaq­lara həyat qayıdır.

Hazırda bu ərazilərdə infrast­rukturun qurulması, vaxtilə möv­cud olmuş magistralların bərpası və yeni yolların çəkilməsi mühüm önəm daşıyır. Çünki bu sahənin inkişafı şəhər və kəndlərin salınmasını, məskunlaşmanın gerçəkləşdirilməsini şərtləndirir.

Bu gün Qarabağda avtomobil yolları çəkilir, dəmiryolları tikilir, kommunikasiya stansiyaları qurulur, digər tədbirlər həyata keçirilir. “Zəfər yolu” azad olunmuş ərazilərdəki ən mühüm layihələrdən biri olmaqla Füzuli rayonundan Şuşa şəhərinə kimi uzanır.

Kifayət qədər vacib və strateji əhəmiyyətli infrastruktur sayılan hava limanlarının inşası davam etməkdədir. Artıq onlardan biri, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Oktyabrın 26-da Azərbaycan və Türkiyə liderləri İlham Əliyev ilə Rəcəb Tayyip Ərdoğan hava limanının açılışında iştirak ediblər.

İş­ğaldan azad edilmiş Zəngilan rayonunda ilk “ağıllı kənd”, “Dost Aqropark” layihələri icra edilir. Yaşayış məntəqələrinin salınması ilə bağlı planlar hazırlanır, tikinti-abadlıq işləri aparılır. Qafqazda ilk dəfə olaraq müasir tipli kənd salınır. Prezident İlham Əliyev şəxsən aprelin 26-da bölgəyə səfəri zamanı “ağıllı kənd” standartlarına cavab verəcək Zəngilanın Ağalı kəndində pilot layihənin təməlini qoyub (https://president.az/articles/51295).

Birinci “Ağıllı kəndi” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub.

Əlbəttə ki, istər hərbi, istərsə də böyük qayıdış üçün işğaldan azad olunan rayonların yol infrastrukturu da olduqca vacib amildir. Hazırda Əhmədbəyli-Füzuli-Şuşa magistralı (81.6 km), Toğanalı-Kəlbəcər-İstisu (80.7 km), Kəlbəcər-Laçın (72.3 km), Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd (123.8 km), Talış-Tapqaraqoyunlu-Qaşaltı (22 km), Xudafərin-Qubadlı-Laçın (83 km), Şükürbəyli-Cəbrayıl-Hadrut (43 km), Füzuli-Hadrut (13 km) və Bərdə-Ağdam (45 km) avtomobil yollarının bir qismi artıq istifadəyə verilib, digər qismi çəkilməkdədir, Bərdə-Ağdam (47,1 km), Horadiz-Zəngilan-Ağbənd (110,4 km) dəmiryolları çəkilir, elektrik enerjisi, su təchizatı sistemləri yenidən qurulur.

2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 3 elektrik stansiyası – 8 MVt-lıq “Güləbird” SES (Laçın), 4,8 MVt-lıq “Suqovu­şan-1” və 3 MVt-lıq “Suqovuşan-2” KSES-lər yenidən qurulub, 4,4 MVt-lıq “Kəlbəcər-1” KSES-də yenidənqurma işlərinin isə tezliklə tamamlanması nəzərdə tutulub.

Bundan başqa, 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansi­ya – “Şuşa”, “Füzuli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubad­lı”, “Ağdam-1”, “Ağdam-2” tikilib və “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. “Şükürbəyli” yarımstan­siyasından iki istiqamətdə – Şu­şaya 75, Zəngilana 110 kilometr, Daşkəsəndən Kəlbəcərə 70 kilometr, Xındırıstandan Ağdama isə 35 kilometr məsafədə ikidövrəli olmaqla, 110 kV-luq ötürmə xətti çəkilib.

Yaxın perspektivdə Laçında və digər ərazilərdə 110 kV-luq yarımstansiyaların və əlaqələndirici xətlərin çəkilməsi və Qarabağın dairəvi elektrik təchizat sxeminin gerçəkləşdirilməsi planlaşdırılıb.

Gələcəkdə Cəbrayıla Ağcabədidən 130 kilometr, İmişlidən isə 132 kilometr məsafədə 330 kV-luq xətt çəkilməsi, o cümlədən Cəbrayılda və Naxçıvanda 330 kV-luq yeni yarımstansiyanın tikilməsi nəzərdə tutulub.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ildə dövlət büdcəsindən ayrılmış 2.2 milyard manatdan bu ilin 9 ayında 955,2 milyon manatı istifadə edilib.

Bütün bunlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev qələbədə əməyi olan, xalqımızın qəhrəmanlarının özünü və ailələrini də yaddan çıxarmır. Belə ki, ötən 12 ay ərzində bu istiqamətdə də xeyli iş görülüb. Dövlət başçısı fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib. Dövlət başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin ediləcək. Bundan başqa, şəhid ailələri və qazilərin sosial təminatı ən yüksək səviyyədə həllini tapır. Şəhid ailələri və qazilər bir an belə dövlətin diqqət və qayğısından kənarda qalmır, onların ehtiyacları qarşılanır, qazilərin müalicəsi və reabilitasiyası üçün bütün lazımı addımlar atılır.

Prezident İlham Əliyev sayəsində ölkəmiz Üçtərəfli Bəyanatın imzalanmasından ötən 12 ay ərzindəki danışıqlar prosesində daim sözünə sadiq, məqsədləri və mövqeyi bəlli olan tərəf kimi yadda qaldı. Rəsmi Bakı konkret olaraq tələb və istəklərini Ermənistan başda olmaqla bölgədə marağı olan bütün aktorların diqqətinə çatdırdı. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq Qarabağı öz ərazisi, oranın gələcəyini qurmağı daxili işi hesab edir, Ermənistanla yeni münasibətlərin başlanılması, sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyasında maraqlı olduğunu bildirir və regiona töhfə verəcək 3+3 platforması, hər kəsin maraqlarına cavab verəcək digər iqtisadi layihələri nəzərdən keçirir. Qalib dövlət olan Azərbaycan keçmişdə ölkəmizə qarşı müxtəlif dövlətlərin müxtəlif yanaşmalarına baxmayaraq, ortaya örnək siyasət qoyur və hər kəsi yeni reallıqla barışmağı, mehriban qonşuluq prinsiplərinə əməl etməyə çağırır. Üçtərəfli Bəyanatın həllini tapmayan müxtəlif bölmələrinin reallaşdırılması istiqamətində danışıqların davam etdiyi bir dövrdə rəsmi Bakı Azərbaycan, Rusiya və Ermənistan arasında əldə edilmiş razılıqların tez bir zamanda icrasında israr edir, Ermənistan isə özünü daha da pis vəziyyətə salaraq bir daha öz imzasına hörmət etmədiyini göstərir.

Sabah baş tutacaq Soçi görüşündə sözsüz ki, Azərbaycanın tələblərinin müzakirəsi mərkəzi mövzu olacaq. Rəsmi Bakı ötən aylar ərzində dəfələrlə bəyan edib ki, regionda sülhün möhkəmləndirilməsi üçün bir sıra istiqamətlərdə intensiv iş vacibdir, bunlardan biri də Zəngəzur dəhlizinin açılması, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Ermənistan hər nə qədər sözündən qaçmaq, öhdəliklərini yerinə yetirmək istəməsə də, bəlli məsələdir ki, yeni reallıqları gec-tez mütləq şəkildə qəbul etməli olacaq. Azərbaycan Prezidentinin Üçtərəfli Bəyanatdan bir qədər sonra səsləndirdiyi “Ermənistan istəsə də, istəməsə də bu dəhlizi açacaq” bəyanatı və digər çıxışları Paşinyan üçün “yol xəritəsi” olmalıdır.

Beləliklə, ötən 12 ay ərzində postmüharibə dövrü zamanı Azərbaycan liderinin atdığı addımlar nəticəsində işğaldan azad olunmuş yaşayış məntəqələrində görülən böyük abadlaşdırma, yenidənqurma işləri, beynəlxalq arenada Prezidentin Qarabağ məsələsi ətrafında informasiya savaşında konkret mövqeyi, bölgədə marağı olan qüvvələrlə aparılan düşünülmüş, sistemli siyasət Soçi görüşü ərəfəsində də ölkəmizi güclü tərəf edir. Şübhəsizdir ki, sabahkı görüşdə də rəsmi Bakı bir daha öz məqsədlərinə çatacaq və regionda yeni tarixi mərhələnin əsası qoyulacaq.

Həm müharibə zamanı, həm də müharibədən sonra Azərbaycan Prezidentinin rəhbərliyi altında hansı miqyasda işlərin görüldüyü ortadadır. Azərbaycan tərəfi Soçiyə və Brüsselə qalib, güclü dövlət statusunda gedir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

 


mənbə :
www.ona.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - wiki sozun izahi antonimi adinin menasi antonimi ereb ve fars sozleri free translate sitemap free translate sitemap nedir