02.03.2015 / 16:02 xeber –
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramuntun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Avropa Şurası arasında qarşılıqlı faydalı əməkdaşlığın önəmi vurğulanıb.
Əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Mənbə : Lent.az