02.03.2015 16:54 xeber –
Paytaxtda daha bir yol təmir olunur.
ANS PRESS-in məlumatına görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev AzərTAc-a bildirib ki, Mikayıl Əliyev küçəsində yolun təmirinə başlanılıb.
İlkin mərhələdə təmir işləri Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla həyata keçiriləcək. Artıq həmin hissədə asfalt-beton örtüyünün döşənməsinə start verilib.
Qeyd edək ki, yol birinci Avropa Oyunlarına hazırlıq işləri ilə əlaqədar nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan tədbirlər çərçivəsində bağlanır.
Mənbə : Anspress.com