02.03.2015 / 17:45 xeber –
“Azərbaycan Respublikasının Abşeron Milli Parkının sanitariya-mühafizə zonası” təsdiq edilib. Lent.az-ın məlumatına görə, bu barədə baş nazir Artur Rasizadə qərar verib.
Qərara əsasən, Abşeron Milli Parkının sanitariya-mühafizə zonası parkın hüdud xəttindən bütün perimetri boyunca quruda 2 km metr məsafədə (xüsusi təyinatlı yerlər istisna olmaqla) və Xəzər dənizinin su akvatoriyasında 3 km məsafədə təsdiq edilib. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Mənbə : Lent.az