02.03.2015 18:50 xeber –
Ermənistanda növbəti etiraz aksiyası keçirilib.
ANS PRESS-in məlumatına görə, yüzdən çox taksi sürücüsü Ermənistanın hökumət binasının qarşısında etiraz aksiyası keçirib. Sürücülər lisenziyalaşdırma qaydalarına etiraz etmək üçün toplaşıblar. Onlar martın 1-də qəbul edilən yeni qərarın ləğv edilməsini və lisenziya almamış taksilərin cərimələrinin ləğv edilməsini tələb ediblər.
Sürücülər etiraz aksiyasına öz maşınları ilə gələrək yolu bağlayıblar. Bir müddət sonra Ermənistanın nəqliyyat nazirinin müavini Artur Arakelyan etirazçılara yaxınlaşaraq mübahisəni hökumət evində müzakirə etməyi tövsiyə edib.
Mənbə : Anspress.com