03.03.2015 11:28 xeber –
Boris Nemtsovun öldürülməsi Rusiyada bu dəqiqə hökm sürən vəziyyətin göstəricisidir.
ANS PRESS-in məlumatına görə. bu sözləri “Reuters” agentliyinə müsahibəsində ABŞ prezidenti Barak Obama deyib. Prezident siyasətinin qətlinin tam və şəffaf şəkildə araşıdırılmasına çağırıb.
“Mən bir neçə gün əvvəl baş verənlərin tam və müstəqil şəkildə araşdırmasının aparılmasına çağırıram. Qeyd edilən şəxs mənim 2009-cu ildə görüşdüyüm adam olub. Bu, Rusiyada vətəndaş cəmiyyətinin, azad jurnalistlərin yaşadığı qorxu şəraitində yaşadığının göstəricisidir. Problem ondadır ki, Rusiya cəmiyyətinin məlumatı əldə edə bildiyi tək mənbələr hökümət yönümlü mətbuatdır”, – Obama belə deyib.
Mənbə : Anspress.com