03.03.2015 15:56 xeber –
Dünyanın ən zəif iqtisadiyyatlarının reytinqi açıqlanıb.
ANS PRESS-in məlumatına görə, 80-dən çox göstəricinin nəzərə alındığı reytinq cədvəlinə Venesuela başçılıq edir. Siyahıda Venesuelanı Argentina, CAR, Ukrayna və Yunanıstan kimi ölkələr təqib edir.
Ekspertlər ölkənin iqtisadiyyatını müşahidə edərkən əsas olaraq işsizliyə diqqət yetirirlər. Bununla yanaşı, istehlak qiymətlərinin həddi də dünya bazarındakı qiymətlərlə müqayisə olunur.
Ukrayna bu siyahıya düşməsi məhz müharibə ilə əlaqədardır. Davamlı olaraq gedən döyüşlər ölkə iqtisadiyyatında ciddi itkilərin əsas səbəbi olub. Müharibə işsizliyin artmasıyla, nəhəng inflyasiya və gəlirlərin azalmasıyla müşayiət olunur.
Venesuelada isə bir ildə 78,5 faiz inflyasiya baş verib. Bu ölkədə vəziyyət o yerə çatıb ki, hətta qonşu ölkə Trinidad və Tobaqo Venesuelaya neft əvəzində tualet kağızı göndərilməsini təklif edib.
İqtisadiyyatı pis vəziyyətdə olan ölkələr arasında Yunanıstan beşinci, İspaniya altıncı, Portuqaliya onuncu, İtaliya isə on birinci yerdə qərarlaşıb. Ancaq iki il əvvəl İspaniya siyahıya başçılıq edirdi. Yunanıstan isə iki il əvvəl dördüncü sırada idi.
İrlandiya isə siyahıda geriləyərək 16-cı pillədə qərarlaşıb. Reytinqin tərtibçiləri tərəfindən yoxlanmış 50-dən çox ölkənin arasında Rusiya da var. Şimal qonşumuz bu ilin reytinq cədvəlində 20-ci sırada yer alıb.
Mənbə : Anspress.com