03.03.2015 / 16:20 xeber –
Konyada Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi başlayıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, təlim “TURAZ Şahini 2015” adlanır.
Uçuş təlimləri Anadolu Qartalı Hava Meydanında həyata keçirilir.
Təlimlərdə MIG-29 və F-16 təyyarələri iştirak edir.
Bu, Azərbaycan Hərbi Hava Qüvvələrinin qatıldığı ilk xarici uçuş təlimidir.
Mənbə : Lent.az