03.03.2015 17:16 xeber –
Yevlax rayon sakini su kanalına düşərək boğulub ölüb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 2-də Yevlax rayonunun Rüstəmli kəndində qeydə alınıb.
Kənd sakini 21 yaşlı Eldar Əhmədov su kanalına düşüb.
Nəticədə E.Əhmədov boğularaq ölüb. Onun meyidi sudan çıxarılıb.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə : Anspress.com