03.03.2015 23:36 xeber –
Bakıda yanğın hadisəsi baş verib.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 2 otağı, dəhlizi və vanna otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadan 15 nəfər sakin təhlükəsiz yerə təxliyyə olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Mənbə : Anspress.com