04.03.2015 00:22 xeber –
“Olimpiakos”un prezidenti Evanqelos Marinakis klubun futbolçularını 500 min avro məbləğində cərimələyib.
ANS PRESS-in məlumatına görə, buna səbəb Yunanıstanda çempionatın dayandırılması olub. Yunanıstan çempionatının XXV turunda “Panatinaikos” və “Olimpiakos” arasında baş tutan matçda qalmaqal yaşanıb. Bu səbdən ölkədə çempionatın oyunları dayandırılıb. Eyni zamanda klub rəhbərliyi “Olimpiakos”un Avroliqanın 1/16 final mərhələsində “Dnepr”a məğlub olmasını da etirzla qarşılayıb.
“Olimpiakos” Yunanıstanın ən köklü klublarındandır. Bu klubda oynayan futbolçu klubun rəmzinə, rəhbərlərinə və futbolçulara hörmət etməlidir. Biz çempionatın və olkə kubokunun qalibi olmalıyıq”. Bu sözləri Marinakis deyib.
Qeyd edək ki, “Olimpiakos” 25 turdan sonra 58 xalla turnir cədvəlinə başçılıq edir.
Mənbə : Anspress.com