04.03.2015 12:16 xeber –
2013-cü ilin son günlərində xizək sürərkən başı qayaya çırpılan və komaya düşən alman avto pilot Mixail Şumaxerin oğlu atasının yolunu davam etdirmək qərarına gəlib. ANS PRESS-in məlumatına görə, “Formula 1″in əfsanəvi sürücüsünün pilotunun oğlu Mik Şumaxer də hələ ki, uğurlu nəticələr göstərir.
15 yaşlı Mik karityerasına “Formula 4” komandalarından olan Van Amersfoort Rakinqda başlayacaq. İlk böyük yarışına o aprelin 25-də Almaniyada çıxacaq.
Qeyd edək ki, Şumaxerin oğlu ötən il kartinq yarışlarında Avropa və Almaniya çempionluğu ilə yanaşı dünya ikincisi də olub. Onun qısa zamanda “Formula 1” meydanına çıxması gözlənilir.
Mik Şumaxer atasını örnək aldığını və onun üçün bu yarışlara başladığını deyib.
Xatırladaq ki, əfsanəvi avto pilot Şumaxer uzun müddət komada qalıb. Onun müalicəsinə milyonlarla dollar pul xərclənilib. Həttə məsrəfləri qarşılamaq üçün həyat yoldaşı ailəyə məxsus təyyarə və mülkü də satışa çıxarmağa məcbur olub.
Müalicəsini evdə davam etdirən Şumaxerin vəziyyətin də hələ də ciddi irəliləyiş yoxdur.
Mənbə : Anspress.com