04.03.2015 / 12:33 xeber –
Əfsanəvi futbolçu, “futbol kralı” Pele maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Lent.az-ın məlumatına görə, o, dünya çempionatının Avstraliyada keçirilməsini istəyir.
Pelenin fikrincə, Avstraliya mundialı qəbul etməyə artıq hazırdır: “Avstraliyaya güvənməyin vaxtı gəlib çatıb. Şübhə etmirəm ki, bu ölkə dünya çempionatını keçirmək missiyasının öhdəsindən gələ bilər. Bir neçə il öncə Avstraliyada olmuşdum. Həmin vaxtdan yerli əhali mundialı keçirməyə hazır olduğunu bildirmişdi. Üstündən neçə il keçib və Avstraliya bir ölkə kimi daha da inkişaf edib. Avstraliya millisi də güclü komandadı və heyətində yaxşı futbolçular çıxış edir. Bir neç oyunçusu xarici çempionatlarda oynayır. Bütün bunlar Avstraliyada futbolun inkişaf etdiyini göstərir. Məncə, tez bir zamanda Avstraliya dünya çempionatına ev sahibliyi edəcək”.
Mənbə : Lent.az