04.03.2015 12:36 xeber –
Taylandda buddist məbədində çəkilən bir foto ölkəni qarışdırıb. ANS PRESS-in məlumatına görə, buna səbəb isə buddist bir rahibin qadının çılpaq sinəsində yazı yazması olub.
Budizm inancına görə, rahiblərin qadınlara toxunması qadağandır. Buddist rahiblər ancaq dini mərasimlər zamanı alınlarına müqəddəs yazılar yaza bilərlər. Bundan əlavə istənilən təmas qadağandır.
Eyni mərasimə qatılan kişilərin sinələrinə isə yazı yazmağa imkan verilir.
Lakin qalmaqala səbəb olan fotoda buddistin bir qadının çılpaq sinəsinə nə isə yazdığı əks edilib. Foto qısa zamanda milyonlarla insan tərəfindən paylaşılıb və kəskin reaksiyalara səbəb olub.
İddiaya görə, yayılan fotoda görülən qadın elə sosial şəbəkə vasitəsilə açıqlama yayıb. İddiaya görə, həmin şəxs əslində qadın olmadığını deyib.
“Mən qadın deyilən. Transvistitəm, amma əməliyyat olmamışam. Hormonal həblər qəbul etdiyim üçün sinəm normal kişilərinkindən böyük görünür”. Amma onun bu açıqlaması xalqa o qədər də inandırıcı gəlməyib.
Mənbə : Anspress.com