17:35 xeber – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrəyə səfəri başlayıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, prezident ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak edəcək.
Dövlət başçısı İsveçrə Konfederasiyasının Bern şəhərinə gedib.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün yeri və vaxtı dəqiqləşib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə açıqlamanı Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Prezidentlərin görüşü dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək. Sabah Serj Sarkisyan Bernə işgüzar səfərə yola düşəcək.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.
mənbə :
anspress