04.03.2015 / 13:31 xeber –
Xilasedicilər həmin şəxsi fikrindən daşındırmağa çalışır
Bakının Nizami rayonu ərazisində bir nəfər binanın sonuncu mərtəbəsinə çıxaraq özünü atmaq istəyir. Lent.az-ın 8-ci kilometr bazarının yaxınlığında 35-40 yaşlı kişi ticarət mərkəzinin sonuncu mərtəbəsinə çıxaraq özünü atmaq istəyir.
Hadisə şahidləri Lent.az-a bildiriblər ki, əraziyə xeyli insan və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Xilasedicilər həmin şəxsi fikrindən daşındırmağa çalışır.
Bildirilir ki, intihar etmək istəyən şəxs ilkin olaraq deyib ki, qardaşı həbsxanadadır və həyatdan bezib.
Foto bizimyol.info saytından götürülüb.
Mənbə : Lent.az