07:01 xeber – Türkiyənin “Kanal G” televiziyasının zirzəmisində olan studiyasında partlayış hadisəsi baş verib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, İstanbul şəhərində yerləşən Kanal G televiziya binasındakı alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb, onlardan 1 nəfərinin vəziyyəti ağırdır. Yanıq xəsarətləri alan televiziya əməkdaşları xəstəxanaya yerləşdirilib.
“Kanal G” televiziyasının rəhbəri Necati Selvitopun açıqlamasına görə, partlayış televiziya binasının zirzəmisində yeni pavilyonun quraşdırılması zamanı qaynaq işlərindən yaranan yanğın nəticəsində baş verib.
mənbə :
anspress