19.12.2015 / 19:33 xeber –
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1200 kv.m olan "MURAD" şadlıq evinin tüstü bacasında yağ qalıqları yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
mənbə :
lent.az