Azadliq.az
Chrome
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
04/03/2015

Unudulmuş zaman, namelum qebirler, sirli Siqnaxi – REPORTAJ

Unudulmuş zaman, namelum qebirler, sirli Siqnaxi – REPORTAJ


04.03.2015 / 16:41 xeber –

Lent.az-ın əməkdaşı Gürcüstanın əfsanəvi şəhərindən yazır…

Müqəddəs Nino (Bobdi) monastırı Gürcüstanın şərqində – Kaxetiyada, Siqnaxidən 2 kilometr aralıda yerləşir. Monastır İberiyada (indiki Gürcüstan) ilk xristianlığı yaymış missioner qadın Ninonun məzarı üstündə yaradılıb; müasiri çar Marian tərəfindən, eramızın IV əsrində. Bunu 1995-ci ildə burada aparılmış arxeoloji qazıntılar tapılmış saxsı fincan və kilsə zəngi də təsdiqləyir.

 

 

Hal-hazırda yerdən təqribən 1800-1900 metr hündürlükdə, dağın zirvəsindəyik. Haqqında söz açdığımız yerdə, gürcülərin ən qədim monastırında. 19-cu əsrdən sonra monastır qadınlar üçün məbədə çevrilib.

 

 

Sağında və solunda üstünü mamır basmış qədim qəbirlərin arasından keçib monastıra daxil oluruq.

 

 

Xristianlıq I əsrdə Roma imperiyasında təşəkkül tapdıqdan sonra başqa ərazilərə yayılmağa başladığı vaxtda İberiyada bütpərəstlik hökm sürürdü. Ta ki, 4-cü əsrin birinci yarısına kimi. Kartli çarlığı xristianlığı dövlət dini elan edənə qədər. Bu vaxta qədər yerli əhali Aya, Günəşə, bolluq, hava və məhsul tanrılarına sitayiş edirdi. 

 

 

Gürcüstanda xristianlığın yayılması ilə bağlı xalq arasında müxtəlif əfsanələr gəzir. Əfsanələrin birində deyilir ki, Nino öz müalicə üsulu ilə həmin dövrlərdə məşhur imiş. O, ağır xəstəliyə düçar olmuş çariça Nananı ölümün pəncəsindən alır. Bundan sonra sağlamlığını Ninonun tanrısına borclu olduğuna inanan qadın onun dinini, tək Allahlılığı qəbul edir. Zamanla əri çar Marian da arvadının dininə etiqad edir. Beləliklə, xristianlığın ilk cücərtiləri indiki Gürcüstan ərazisində göyərməyə başlayır. 

 

 

Çarın xristianlığı qəbul etməsi haqqında gəzən rəvayətdə deyilir ki, bir gün çar və onun yaxın adamları dağlarda ov edərkən göyün üzü qəfil tutulub. Öləcəyindən qorxan çar öz tanrısına yalvarmağa başlayır. Yalvarışlarının nəticəsiz olduğunu görən çar Marian Ninonun Allahına dua edir. Həmin an qaranlıq çəkilir, hər yan nura qərq olur. Bu hadisəyə şahid olan çar və ətrafındakılar Ninonun Allahına inanır və xristianlığı qəbul edirlər. O gündən Kartlidə hakim din xristianlıq olur. 

 

 

Lakin bütpərəst xalqı tək Allahlığa inandırmaq o qədər də asan olmur. İberiyanın (Gürcüstan) dağ əhalisi arasında bu dini Nino və eristavlar (eri-xalq, tavi-əsas) silah gücünə yayır.

 

Bələdçimiz Elvindən monastır haqqında ümumi məlumatı alıb müqəddəs Georgiya kilsəsinə keçirik. Hansı ki, müqəddəs Nino burada dəfn olunub. Kseniya ana məzara tərəf çönüb xaç çevirdikdən sonra məlumat verir. Deyir ki, Ninonun vəfatından sonra çar Marian onun nəşini paytaxta gətizdirmək istəyib. Lakin 2 yüz insan onu yerindən tərpədə bilməyib. Bundan sonra çar müqəddəsin oradaca dəfn olunması və məzarın üstündə monastır tikilməsinə göstəriş verib.

 

…Məzarın ətrafında şamlar yanırdı. Ana məzarın kənarında dayanıb sol dizini yerə qoyub, alnını məzar daşına söykəyir. Hörmət əlaməti olaraq mən də diz çökürəm. Xoşuna gəlir. “Allah səni qorusun!”, deyir.

 

– Quran oxumusan?

 

– Oxumuşam.

 

– Başdan ayağa?

 

-Demək olar… Orada yazılanları anlamaq üçün bir dəfə oxumaq kifayət etmir.

 

– Elədi.

 

Kilsəyə girəndə qapının üstündə “Kilsədə çəkiliş etmək olmaz” deyə lövhə asılmışdı. İcazə istəyirəm. Ancaq rəsmi icazə olarsa, bunun mümkün olacağını deyirlər. İnciməməyimi xahiş edir. Səlahiyyət sahibi deyilmiş. Və bizi kilsəylə tanış edir. Oradakı şəkilləri, xristianların inandıqları müqəddəs üçlüyün şəklini göstərir. Ata, oğul və müqəddəs ruh.

 

 

Üzü nurlu bu qadınla sağollaşıb kilsədən çıxanda Kseniya ana adımı soruşdu. Dedim.

 

– Lyaman…

 

-Buyurun, Kseniya ana.

 

– Müqəddəs bulaqdan su içmədən getmə! Yaxşı?!

 

– Yaxşı!

 

 

Monastırın həyəti çox böyük idi. Ətrafda çoxlu qədim binalar, tarixi məkanlar. Bələdçidən həmin bulağı soruşdum. Sualım gözlənilməz oldu. Elvin gözləri böyümüş mənə baxırdı.

 

 

– Bilirsən haradı? Dağın düz ətəyi! 700 pilləkən düşməlisən. Yaxşı düşdün. Bəs çıxmaq? Məndə o bulağın şəkilləri var. Gəl, yollayım sənə, düşməyək. Hə?

 

 

Mən isə qəti qərar vermişdim. Düşəcəkdim. Elvin danışmağında, gəlib çıxırıq pillələrin başına. Eni bir metrə yaxın olan daş döşəməli pillələr idi. Düşdükcə, daşlardan qəribə səs gəlirdi. Tarixin səsi. Elvin deyir ki, adına 700 pilləkən deyilsə də, onlar dəfələrlə sayıblar. 701 dənədi. Bir qədər düşdükdən sonra daş pillələr bitir torpaq cığırla yolumuza davam edirik. Yüz metr getməmiş yenə daş pillələr başlayır. Ziyarətçilərin dincini alması üçün bəzən 60-70, bəzən də 100 yüz pillədən bir 4 yerdə skamyalar düzülüb. Ağacların arasıyla enirik bulağa. Təbiətin qoynu, təmiz hava. Saralmış yarpaqların arasında tər bənövşələr boynunu büküb.

 

 

Gəlib çatırıq. Burada da yuxarıdakı kimi qədim qəbir var. Yanında da ətrafı daşla hörülmüş quyu. Müqəddəs bulaq isə qarşımızdakı tikilinin arxasında idi. Daşların arasında sızılan su müqəddəs Nino bulağı adlanır. Bulağında yanında isə hamam var. Ziyarətçilərin müqəddəs suda yuyunub, paklanmağı üçün. Hamamın girişində hazır məhrəba da var. Paklanmaq istəyən müəyyən qədər ödəniş etməlidir.

 

 

Müqəddəs bulağın buz kimi suyundan içib yolumuza davam edirik. Daha doğrusu gəldiyimiz yolla qayıdırıq. İlk başda asan görünsə də, yuxarı qalxdıqca oksigen azalır, nəfəs almaq çətinləşir. Bir təhər gəlib çıxırıq başladığımız yerə. Arxaya baxdıqda isə adamın gözü qaralır. Üstəlik, ayaqlarım sözünə baxmır. Yerə dirədikcə, yorğunluqdan əsir.

 

 

Pilləkənləri çıxanda tez-tez dayandığımdan yolun sağındakı qəbiristanlıq gözümə sataşmışdı. Ağacların kölgəsində yatan, bir-birindən aralı düzülmüş iki cərgə qədim başdaşısız qəbirlər. Bəziləri dağılmaq üzrə olsa da, yaxşı vəziyyətdə olanları çoxuydu.

 

 

 

Rastlaşdığımız rahibələr gözlərini yerə dikib yanımızdan sürətlə keçir. Salam verməyə macal tapmadan. Məbəddə restavrasiya işləri görən ustalar isə danışmağa meyllidirlər. Haradan gəldiyimizi, kim olduğumuzu soruşur. Jurnalist olduğumu bilincə, monastırın tarixindən danışır. Heç deməzsən, ustadı.

 

Sən demə, monqol-tatarların İberiyaya hücum zamanı dağıtmağa ehtiyat etdikləri bu məbədi XVII əsrdə İran hökmdarı Şah Abbas yerlə yeksan edib. Hansı ki, bir neçə il əvvəl burada çar I Teymurazın tac qoyma mərasimində özü də iştirak etmişdi. Tamamilə uçub-dağıdılan bu məbəd tezliklə inanclı insanlar tərəfindən bərpa olunub.

 

 

 

Bunlardan əlavə monastırın kitabxanası, dini suvenirlər satılan hədiyyələr mağazası, ərzaq anbarı, arxivi, ibadət otağı, park və rahibələrin ümumi yaşadığı evlər var.

 

 

Monastırı gəzib bitirəndə artıq günorta idi. Unutmadan qeyd edim ki, monastıra ziyarət axşam yeddiyə qədərdi.

 

 

 

 

 

Məbəddən çıxıb üzü aşağı Siqnaxiyə tərəf düşürük. Şəhər 18-ci əsrin II yarısında çar II İrakli tərəfindən dağların zirvəsində salınıb. O qədər də qədim tarixə malik olmasa da, şəhərə girdiyin andan özünü keçmişdə hiss edirsən.

 

2 mindən çox olmayan sakini olan bu şəhər 1264-cü ildən monqollar tərəfindən yerlə yeksan edilib. Şəhər sonradan bərpa edilib. Özləri etiraf etməsə də, bəzi mənbələrdə buranın qədim türk torpaqları olduğunu deyilir. Hətta şəhərin adı da türk mənşəli olub, “sığınaq” sözündən götürülüb.

 

 

Şəhərin bir neçə özəlliyi var. Onlardan biri, bəlkə də birincisi tarixi müəmmalı olan daş divardı. Şəhər başdan ayağa divarla əhatə olunub. Həmin divarın 4.5 km-i, 28 mühafizə qülləsi bugünkü günə qədər qalıb. Hazırda şəhərə gələn turistlərin mütləq ziyarət etdiyi əsas yerlərdən biridir. Bizi mənbələr, bu divarın çariça Tamaranın gəzintiyə çıxması üçün tikildiyi deyilir. Çünki divar elə enlidir ki, üstündə rahatca yerimək olur.

 

Daş döşəmələrdə addımladıqca özümü İçərişəhərdə hiss edirsən. Fərq küçələrin sakitliyində, bir də döşəmələrin təmizliyindədir. Siqnaxi küçələrini gəzərkən yerdə zibil, tüpürcək görmədim. Fikir vermədim yox ha, axtardım tapmadım. Yolun kənarına qoyulmuş zibil qabları da dolub daşmırdı.

 

 

Zamanla unudulub, Allahın belə yadından çıxmış bu şəhərə Saakaşvilinin hakimiyyəti dövründə dövlət proqramına salınır və 2007-ci ildə yeni həyat verilir. Düzdü, bugünkü günə qədər də təmir olunmamış yerləri var. Amma ümumilikdə tarixi saxlanılmaqda restavrasiya işi əlaydı. Kaxeti bölgəsində yerləşən şəhər tarixən gürcü çarlarının ən sevdiyi məkan olub. İndi ölkəyə gələn turistlərin çoxu Siqnaxiyə baş çəkmədən ölkələrinə qayıtmırlar.

 

 

 

Küçələri sakit, insanları gülər üzdü buranın. Cavanları rusca yaxşı bilməsələr də, qocaları bu dili yaxşı başa düşür. Günorta saatları olsa da, küçələrdə adda-budda adam görmək olar. O da əksəriyyəti turistlər. Siqnaxi Tiflis və Batumidən sonra yaxşı gəlir gətirən üçün turizm şəhəridir.

 

 

Havayı yerə bu şəhərə “Sevgilər şəhəri” deməyiblər. Burada heyvanlara belə ayrıca sevgi var. Bunu küçələrdə gəzən, insanlardan hürküb qaçmayan küçə itlərindən görmək olur. Elvin deyir ki, parkın yanında qutu qoyulub, küçə heyvanlarına sahib çıxmaq üçün könüllülər pul toplayırlar. Tərslikdən bu gün parkda yox idilər.

 

 

Solomon Dodaşvili meydanında yerləşən “9 aprel” Siqnaxinin yeganə parkıdı. Ziyarətçiləri girişində Solomon “qarşıla”yır. Ondan solda isə II Dünya müharibəsində şəhid olmuş Siqnaxi sakinlərinin xatirə barelyefi və həlak olanların adları yazılmış daş lövhələr var. Ən maraqlısı isə barelyeflərin sonunda divardan asılmış zəncirlərdi. Elvinin sözlərinə görə, bu zəncirlərin qədimlərdə cəza aləti olması ehtimal olunur. Bunu dəqiqləşdirmək üçün Bakıya qayıdan kimi Gürcüstan səfirliyi ilə əlaqə saxladıq. Mətbuat xidməti bunu ilk dəfə məndən eşitdiyini dedi. İnternetdə nə qədər axtarış versəm də, bu haqda nə bir şəklə, nə də məlumata rast gəldim.

 

 

Nekresi monastırı da Gürcüstanın ən qədim məbədlərindəndir. Nədənsə, bu gün baxımsız vəziyyətdə idi. Qapının ağzında şam satan yaşlı kişini və rus turistləri saymasaq monastırda kimsə yox idi. Monastırın damına çıxanda şəhər adamın lap ayağının altındaymış kimi görünür.

 

 

Elvin şəhərlə bizi tanış etməyə davam edir. Deyir, Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən bu şəhərdə verilən nikah kağızı beynəlxalq status daşıyır. O üzdən də bura sevgi şəhəri deyilir. Həftə sonu olduğundan, “ZAQS”da kimsə yoxuydu. Xalça muzeyi kimi. Bələdçimiz deyir ki, muzeydə üç rəngli Azərbaycan bayrağı da var. Kustar üsulla toxunmuş. Amma görə bilmədik.

 

 

 

Şəhərin “bazar” deyilən yerində alverçilər vardı. Əsasən çaxır və turşu lavaş satırlar. Yaxınlaşmağına peşman olursan. Bir baxışın yetər ki, gürcü xalalar səni dilə tutsun. Ondan sonra o qədər “spasibo, ne xoçu” de ki… Başlayır hərəsi öz məhsulunu tərifləməyə. Sən də məcbur olub qızıl vaxtından kəsib onları dinləyirsən. Hörmətsizlik olmasın deyə.

 

 

Şəhərin mərkəzində oyuncaqlar satan xala bizi görüncə “bayram?” dedi. Elvin xalayla yarı gürcü, yarı rusca nəsə danışır. Deməli, xala bizi uzaqdan görüncə, turist olduğumuzu anlayıb. Bizim dildə də bildiyi tək söz “bayram” imiş. Öz aramızdı, diqqət çəkmək, müştəri qazanmaq üçün yaxşı üsuldu. Çünki xalayla alver etdikdən sonra sağa burulduq. Burada da turistləri gözləyənlər vardı. Keçədən suvenirlər, breloklar, yun corablar satan xalalar. Yad ölkədə olduğumu unudub, “Bu, neçəyədi?” deyirəm. Cavab gözlənilməz olur.

 

– Beş lari.

 

Bu şəhər Balakənə yaxın olduğundan azərbaycanlı turistlərə də çox alışıb Siqnaxi. Hətta aldıqlarımı hesablayanda larini manata da çevirib deyir. Sonra buranın yayda daha gözəl olduğunu deyir. Odur ki, bura yayda gəlmək lazımdı.

 

 

Gəlmişkən, Elvin Kvareli gölünə də baş çəkməyi məsləhət görür. Maşınla cəmisi bir saatlıq yolmuş.

 

 

Gölə giriş qadağandır. Kvareliyə çatmamış yolda mühafizə postu qoyulub. “Azərbaycandan gəldiyimizi” deyincə, mühafizəçi yuxarıdan bizim adımıza icazə alır, keçirik. Buranın da yayı gözəl olurmuş. Qışda adi mənzərəydi. Gölün suyu da xeyli çəkilmişdi.

 

Göldə çox vaxt itirməyib dağın sinəsindən dəlinib, çəkilmiş yolla geri qayıdırıq. Üzü Balakənə doğru…

 

 

 

 

Mənbə : Lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap -