11:00 xeber – Bu gün Əfqanıstan İslam Respublikasının Prezidentinin Azərbayacana səfəri başlayıb. Məhəmməd Əşrəf Qani artıq Bakıdadır.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini aeroportda Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Məhəmməd Əşrəf Qaninin Bakıda bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcəyi gözlənilir.
mənbə :
anspress