Ana Sayfa Genel Bankda krediti olanlar diqqət – VİDEO

Bankda krediti olanlar diqqət – VİDEO

0
Bankda krediti olanlar diqqət – VİDEO

kredit
Üzən məzənnə rejiminə keçid problemli kreditlər məsələsini yenidən aktuallaşdırdı. Xüsusilə də dollarla krediti olanların nigarançılığı artıb. Əslində banklar da bu məsələdə müəyyən narahatlıq keçirirlər. Bəs bu vəziyyətdə riskləri azaltmaq üçün hansı addımları atmaq olar? Tövsiyyələr növbəti xəbərimizdə.

Manatın ucuzlaşması səbəbindən problemli kreditlər arta bilər. Vəziyyətin kritik həddə çatmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi zərurəti ortaya çıxıb. İqtisadçı ekspertlər deyirlər ki, bu istiqamətdə atıla biləcək ilk addım banklar tərəfindən kreditin ödəniş müddətinin uzadılmasıdır. Bu zaman vətəndaşın aylıq ödəyəcəyi məbləğ yeni məzənnə ilə hesablanır, ancaq yeni borc hansısa əlavə faiz tətbiq olunmadan daha uzun müddətə ödənilir…

Digər yol isə xarici valyutada olan kreditləri hazırkı məzənnə ilə manata çevirməkdir. Üzən məzənnə rejimində manatın bazar tələblərindən asılı olaraq ucuzlaşıb-bahalaşa biləcəyini nəzərə alsaq, bu, həm banklar, həm də vətəndaşlar üçün əlverişlidir.

İqtisadçı ekspert Samir Əliyev deyir ki, faizləri endirməklə də riskləri azaltmaq mümkündür. İqtisadçı ekspert deyir ki, bu məsələdə Mərkəzi Bank da bir sıra addımlar ata bilər. Məsələn, banklara qarşı bəzi normativlər yumşaldıla və ya bir müddətlik dondurula bilər.

xezerxeber.com

CEVAP VER

Please enter your comment!
Please enter your name here