24.12.2015 / 10:28 xeber –
Bir qrup Şamaxı sakini üzləşdikləri dələduzluq əməli ilə bağlı Lent.az-a müraciət edib. Onlar bildirirlər ki, bir müddət əvvəl özünü vəkil və milli qəhrəmanın oğlu kimi təqdim edən və əslən Ağstafa rayonundan olan İsmayılov Elşən Tofiq oğlu Şamaxı və Qobustan rayon məhkəmələrinin hakimlərini aldadaraq,cinayət prosesində iştirak edib. Buda AR-Prosesual Məcəllənin 102.2 ci maddəsinə uyğun olaraq qanuna ziddir: “28.09.2015ci il tarixdə Şamaxı rayon məhkəməsində, məhkəmə prosesi zamanı məlum oldu ki, Elşən İsmayılov vəkil kimi fəaliyyət göstərmir və vəkillər kollegiyasının üzvü deyil. Həmin vaxt hakimin göstərişinə əsasən E.İsmayılov məhkəmə zalından çıxarıldı. Bu bir daha onu sübut edir ki, E.İsmayılov sui-istifadə hallarına meyillidir və onun əməllərində cinayət tərkibli işlər görünür. Sonradan məlum oldu ki, Elşən İsmayılov nə vəkil, nə də ki, milli qəhrəman, Akademik Tofiq İsmayılovun oğlu deyil. Elşən İsmayılovun bu qanunsuz hərəkətləri barədə, Tofiq İsmayılovun ailə üzvləri müvafiq orqanlara rəsmi şikayətlər də veriblər. Ən nəhayət, Tofiq İsmayılovun oğlu Mirheydər İsmayılovun bu barədə Təzadlar qəzetinə geniş müsahibəsi də var. Əlavə olaraq qeyd edək ki, Elşən İsmayılov Şamaxı rayonunda bir neçə vətəndaşın etibarından sui istifadə edib.Məsələn rayon sakini Mehman Mövlamoğlunu, Naridə Məmmədovanı və sair insanları aldadaraq onların pullarını mənimsəyib. Hal hazırda polis və prokurorluqda onunla balı araşdırma aparılır. Bütün bunlara baxmayaraq E.İsmayılov öz çirkin əməllərindən əl çəkməyərək vəzifəli şəxsləridə şantaj edərək öz məktubları ilə onları tutduqları mövqeylərindən çəkindirməyə çalışır. E İsmayılov dəfələrlə AR-CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur və növbəti hədəfi Şamaxı camaatını aldatmaqdır. Hörmətli redaksiya xahiş edirik Elşən İsamyılovun bu əməlləri barədə səlahiyyətiniz çərçivəsində tədbir görəsiniz”.
Qeyd edək ki, E.İsmayılov 1991-ci ildə AR-CM–nin 152-ci, 2005-ci ildə AR-CM-nin 159.4.1-ci, 2011-ci ildə isə AR-CM-nin 221.1-ci maddələri ilə məhkum olunub.
Onu da qeyd edək ki, E.İsmayılovun dələduzluq əməli ilə bağlı oktyabr ayında Lent.az-da xəbər verilib.
mənbə :
lent.az