05.03.2015 02:12 xeber –
Tanınmış Azərbaycanlı fotoqraf Rəsul Rəhimov növbəti dəfə uğura imza atıb.
ANS PRESS-in məlumatına görə, onun çəkdiyi şəkil növbəti dəfə xarici mətbuatda yayımlanıb.
Resul Rehimovun Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı çəkdiyi foto İngiltərənin “Huffington Post” saytında günün fotoları arasında nümayiş olunub.
Xatırladaq ki, bu, Rəsul Rəhimovun ilk uğuru deyil.
Bundan əvvəl, “Bakı-2015” ilk Avropa Oyunlarının başlamasına 200 gün qalması münasibətilə noyabrın 26-da paytaxtda keçirilən möhtəşəm şouda Rəsul Rəhimovun çəkdiyi Qız qalası fotosu İngiltərədə nəşr olunan “Huffington Post” qəzetində dərc olunmuşdu.
Bir çox beynəlxalq mükafatların laureatı olan Rəsul Rəhimov “Anadolu” agentliyi Bakı ofisinin əməkdaşıdır.
Mənbə : Anspress.com