25.12.2015 / 12:06 xeber –
Bakı sakini 8 il əvvəl üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Lent.az-ın məlumatına görə, polisə müraciət edən Quliyev Şəmsəddin İbrahim oğlu bildirib ki, 2007-ci ildə 2 nəfər ondan 15 min dollar alıb.
Ş.Quliyev Həsən və Əhməd adlı şəxslərə 15 min dollar verərək Badamdar qəsəbəsində 6 sot torpağın onun adına rəsmiləşdirilməsini istəyib. Lakin həmin şəxslər verdikləri vədə əməl etməyib və pulu mənimsəyib.
Müraciət əsasında araşdırma aparılır.
mənbə :
lent.az