05.03.2015 09:54 xeber –
Ötən həftə Moskvanın mərkəzində qətlə yetirilən keçmiş baş nazirin müavini, 55 yaşlı müxalifətçi Boris Nemtsovla yaxın münasibəti olan Anna Duritskaya haqqında maraqlı fakt üzə çıxıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, sən demə 23 yaşlı ukraynalı model bir müddət öncə İsveçrədə abort etdirib.
Bəzi mənbələrin verdiyi məlumata görə, o xüsusi olaraq abort üçün Moskvadan İsveçrəyə uçub. Yeri gəlmişkən, Nemtsovun qətlində əsas versiyalardan biri də məhz qızın etdirdiyi aborta görə qisas göstərilir.
Məlumata görə, hadisə baş verən gün Anna Nemtsovu univermağın qarşısında gözləyib. Onlar şam etməli idilər. Təqribən saat 23 radələrində cütlük küçəyə çıxaraq Vasilyevsk enişinə doğru yönəliblər. Məhz burada da Nemtsovu güllələyiblər.
İndi istintaq orqanları siyasətçinin qətlinin yeganə şahidi olan Duritskayanı sorğu-sual edirlər.
Hadisənin əsas şahidi ilə bağlı qeyri-adi vəziyyət bu gün də davam edir. Belə ki, Annanın valideynləri belə naməlum yerdə gizləniblər. Onlar əlaqə vasitələri barədə də heç bir məlumat verməyiblər.
Mənbə : Anspress.com