26.12.2015 / 14:37 xeber –
Səyyar ticarətlə məşğul olan 4 nəfərdən ümumilikdə 10723 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilib.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, DİN Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Sabunçu, Nəsimi, Binəqədi və Qaradağ rayonları ərazilərində səyyar ticarətlə məşğul olan – Əziz Mehrəliyevdən, Zakir Abdullayevdən, Kərim Əhmədovdan və Gülağa Rəhimovdan ümumilikdə 10723 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülüb.
mənbə :
lent.az