05.03.2015 / 10:36 xeber –
Gəncədə hamam satılır. Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus hamam martın 10-da hərraca çıxarılacaq. Hamamın ümumi qiyməti 60 181 manatdır. Bu hamama sahib olmaq istəyən şəxs isə 5115 manat beh verməlidir.
Komitədən bildirilib ki, Gəncə şəhərində müvafiq yerli hərrac komissiyası tərəfindən keçiriləcək.
Mənbə : Lent.az