05.03.2015 11:06 xeber –
“Mətbuat məni dəli edəcək həddə gəldi”
Bu sözlər Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevaya məxsusdur.
ANS PRESS-in məlumatına görə, türk mətbuatı azərbaycanlı model Günay Musayevanı ləkələməkdə davam edir. Tolqa Karelllə evləndiyi ilk gündən dəfələrlə boşanma xəbərlərini yazaraq sonunda buna nail olan bəzi türk jurnalistləri Günay Musayevaya qarşı qara piar kampaniyasına yenidən start verib.
“Sabah” qəzetinin “Boşanmadan sevgili tapdı” başlıqlı yazısında görüntülənən şəxs əslində Günayın dostu, azərbaycanlı jurnalist Ülvi Hadıyevdir.
Barəsində yazılan yalan xəbərlərdən əsəbiləşən model bütün bunlara sosial şəbəkədə reaksiya verib: “Hər dəfəki kimi cavab verməyim, ciddiyə almayım deyirəm, amma olmur. 8 ildir mənimlə olan, mənə həm qardaşlıq edən, həm də köməkləri ilə əlim-ayağım olan və hər zaman yanımda görünən Şabanı (Ülvi Hadıyev) belə mənə sevgili etmişlər. Xəyal gücünə mat qaldım müxbir dost! Şabanın adını belə dəyişib Vedat yazıblar. Deməyə söz tapa bilmirəm. Xəbər uydurarkən nə içdiyiniz də maraqlıdır”.
Xatırladaq ki, türk mediası həyat yoldaşı Tolqa Kareldən boşanma ərəfəsində olan Günay Musayevanın artıq özünə təzə sevgili tapdığını yazıb. Modelin yanında görüntülənən şəxs isə azərbaycanlı jurnalist Ülvi Hadiyevi isə iş adamı Vedat Mavuzer kimi qələmə vermişdilər. Guya, G.Musayeva yeni sevgilisi ilə saatlarla oturduğu kafedən çıxarkən kameralara yaxalanıb. İş adamı dərhal geri qayıdıb, Musayeva isə fotoların silinməsini istəyib.
Mənbə : Anspress.com