05.03.2015 / 11:30 xeber –
"Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil olan statistik məlumatlara əsasən, 1992-2014-cü illər ərzində Azərbaycanda 217 tələbə ölüb. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Bu müddət ərzində ölkədə ümumilikdə 262458 nəfər diplom alıb.
Azərbaycanın ali məktəblərində 1843 tələbə təkrar kursda saxlanılıb. 475 nəfərə xaricdə təhsil almaq məqsədilə, 3393 nəfərə xəstəlik və digər səbəblərdən, 13894 nəfərə həqiqi hərbi xidmətə çağırışla əlaqədar, 297 nəfərə isə təhsil haqqını ödəmək imkanın olmamasına görə akademik məzuniyyət alınıb.
22 il ərzində 16962 nəfər tələbə isə ali məktəblərə bərpa edilib.
Mənbə : Lent.az