05.03.2015 / 11:35 xeber –
Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirməkdə ittiham olunan rusiyalı hərbçi Valeri Permyakova məhkəmə-psixiatriya ekspertizası təyin olunub.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, etibarlı mənbə bildirib ki, ekspertiza stasionar olaraq Rusiyanın Gümrüdəki hərbi bazasının ərazisində keçiriləcək.
Ekspertiza üçün 2 həftə vaxt tələb olunacaq.
“Permyakovda psixi çatışmazlıqların olması barədə deyilənlər şayiələrə əsaslanır. Ekspertizanın nəticələri hələ yoxdur”, – deyə mənbə bildirib.
Mənbə : Lent.az