05.03.2015 11:50 xeber –
“Çiçəklənən Ermənistan” Partiyanın lideri Qaqik Sarukyan keçiriləcək növbəti qurultayda sədrlikdən istefə verəcək, amma sıravi partiya üzvü kimi qalacaq.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan parlamentində jurnalistlərlə söhbətində partiyadan seçilən deputat Mikayel Melkumyan bildirib.
O deyib ki, Qaqik Sarukyan həmçinin deputat mandatından imtina edəcək və bir müddət siyasətdən gedəcək: “O, partiyadan getmir. Seçkilərdə iştiraka gəlincə, əgər Sarukyan partiyada qalırsa, demək, bu, ona lazımdır.”
Sabah qapalı şəkildə keçirilməsi nəzərdə tutulmuş “Çiçəklənən Ermənistan” partiyasının qurultayında yaranmış vəziyyətdən çıxış yolları müzakirə ediləcək. Biz Ermənistanda böyüklüyünə görə ikinci siyasi güc sayılırıq. Proqramımıza yenidən baxmağa və ya ideologiyanı dəyişdirməyə hazırlaşmırıq. Sabah müəyyənləşdirəcəyimiz yol ilə gedəcəyik, hər şeyi zaman göstərəcək.
Deputat vurğulayıb ki, “Çiçəklənən Ermənistan” partiyasının növbəti seçkilərdə iştiraka hazırlaşır, bu, birmənalıdır: “Mən deyə bilmərəm ki, biz növbəti seçkilərə hazırlaşmırıq. Biz həmişə bəyanatlarımızda bunu demişik. Bizim sonrakı addımlarımız hakimiyyətin reaksiyasından asılıdır.”
Mənbə : Anspress.com