28.12.2015 / 22:42 xeber –
ABŞ tərəfinin təşəbbüsü ilə ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN başçısı Sergey Lavrov arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi saytında məlumat yayılıb.
“Xarici siyasət idarələrinin rəhbərləri Suriyada münaqişənin nizamlanmasına dair məsələləri, Donbasdakı vəziyyət və ikitərəfli münasibətlərə dair müxtəlif məsələləri müzakirə ediblər”, məlumatda deyilir.
Rusiya – ABŞ münasibətlərinə toxunan S.Lavrov bildirib ki, ABŞ-ın rəsmi Moskvaya qarşı sanksiya təzyiqlərinin artırmasının perspektivi yoxdur.
mənbə :
lent.az