05.03.2015 13:52 xeber –
Çox miqdarda şəkər piylənmə, dişlərin çürüməsi və digər qeyri-yoluxucu xəstəliklərə səbəb ola bilər.
ANS PRESS-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlama verib.
BMT-nin Səhiyyə Agentliyi yeni açıqlamasında uşaqlar və böyüklərə səkərdən gündəlik istifadəni 10 faizdən aşağı salmağı məsləhət görür. Gündəlik istifadə edilən qlükoza, friktoza və masada istifadə edilən şəkərlərdən istifadə neçə ildir artır. Nəticələr isə sağlamlığa mənfi təsir göstərir. Lakin təzə meyvə və tərəvəz, eləcə də süd məmulatları şəkərin insan sağlamlığına mənfi təsiri yoxdur.
ÜST 1980-ci ildən bəri piylənmə hallarının iki dəfədən çox artdığını bildirib. Təşkilatın hesablamalarına görə, 2014-cü ildə yaşı 18-dın yuxarı olan 1.9 milyard insan artıq çəki problemi ilə qarşılaşıb və onlar arasında 600 milyon insan piylənmədən əziyyət çəkir. 2013-cü ildə isə 5 yaşında aşağı 42 milyon uşaqda artıq çəki və ya piylənmə qeydə alınıb.
Təşkilatın Sağlam Qidalanma şöbəsinin direktoru Françesko Branka deyib ki, gündəlik istifadə edilən şəkər 10 faizdən aşağı salınsa piylənmə, artıq çəki və dişlərin çürüməsi riski azala bilər.
Mənbə : Anspress.com