05.03.2015 14:52 xeber –
Azərbaycanlı gənclər Ukraynanın Lvov şəhərində “The game Factory” ( Oyun Fabriki ) adlı beynəlxalq layihədə iştirak edirlər.
ANS PRESS-in məlumatına görə, 1-7 mart tarixlərində keçirilən layihədə ölkəmizi ADDIM Gənclər Təşkilatının üzvləri Emin Vəliyev və Xəyalə Şəfiyeva təmsil edir.
Təlim Niderlandın Richter və Litviyanın Psixologiya və İdarəetmə İnstitutu adlı təşkilatı tərəfindən təşkil olunmuşdur. Layihədə Turkiyədən, Moldova, Ukrayna, Litviya, Gürcüstan, Xorvatiya və Niderlanddan 20-dən çox gənc iştirak edir. Layihə Avropa Komissiyasının “Erasmus+ “ proqramı çərçivəsində həyata keçirilir.
5 tam iş günü davam edən təlimlərin əsas məqsədi gəncləri təlimlərin nəzəriyyəsi və istifadə olunan oyunların praktikası, seminarların planlaşdırması, müxtəlif hədəf qrupları üçün oyunlar uyğunlaşdırmaq təcrübəsi və qeyri-formal təhsilə bir vasitə kimi ənənəvi və xalq oyunlarından istifadənin qaydaları haqqında məlumatlandırılacaq.
Beynəlxalq layihə gənclər təşkilatları arasında əlaqələrin qurulmasına və inkişafına, ölkələrin mədəniyyətinin, tarixinin tanıtımının aparılmasına xidmət edir.
ADDIMçı gənclər mart ayının 3-də Azərbaycan xalqının milli bayramı sayılan Novruz bayramının ikinci çərşənbə axşamını avropalı gənclərlə qeyd etdilər. Mədəniyyəmizi, mətbəximizi təmsil etmək üçün süfrənimizin bəzəyi olan şəkərbura, paxlava, qoğal , novruz bayramın simvolu olan səmənini avropalı gənclərə nümayiş etdirdilər, onlara bayram haqqında , mədəniyyəmiz barədə ətraflı məlumat verdilər.
Təşkilatın fəal üzvləri digər ölkələrdən olan gənclərə ADDIMın fəaliyyəti , layihələri haqqında da danışacaq, gələcəkdə hansı istiqamətlərdə əməkdaşlıq edə biləcəyimizi müzakirə edəcəklər.
Mənbə : Anspress.com