05.03.2015 15:13 xeber –
Türk bəstəkar Rifat Güneş azərbaycanlı müğənni Şakir Abbasa qadağa qoyub.
ANS PRESS-in məlumatına görə, Qubada yaşayan şoumen və ifaçı bu qadağa üzündən ifa etdiyi mahnıya klip çəkdirə bilmir.
“Keçən ilin sonlarında Sibel Canın və Burhan Tuzerin ifasında səslənən “Aşk bir vəfadır” mahnısını oxumuşam. Mahnı dinləyicilər tərəfindən çox bəyənildi. Məncə də yaxşı alınıb. Pərəstişkarlarım məndən xəbərsiz mahnıya slayd-şou yığıb Youtube saytında yerləşdiriblər. Bir müddətdən sonra mahnının bəstəkarı Rifat Güneş mənə İnstagram səhifəsində acıqlı şəkildə mesaj göndərdi. Mahnıya klip çəkdirməyi, alboma salmağı və radiolarda səslənməsinə qəti qadağa goydu. Yazıb ki, pul ödəməsəm və müqavilə bağlamasam mahnını üzə çıxara bilmərəm” – deyən Şakir bəy, bəstəkarın ona yazdığı bir sözü də əlavə etdi: “Deyir ki, mən zəhmət çəkib mahnı yazacam, Şakir Abbas pul qazanacaq?”
Şakir Abbas türk bəstəçinin bu qadağası ilə razılaşmaq istəməsə də nə edəcəyini bilmir: “Bu qalmaqaldı. Mən bilmək istəyirəm, indiyə qədər türk mahnılarını oxuyan hansı sənətçimiz pul ödəyib axı? Ya da bizim mahnıları oxuyan türk sənətçiləri bizim bəstəkarlara pul ödəyiblər? Mahnının ilk ifaçısı mən olsaydım, pul ödəyərdim. Məndən əvvəl iki nəfər oxuyub “Aşk vir vəfadır” mahnısını. İşlənmiş mahnıya niyə pul ödəməliyəm?”
Mənbə : Anspress.com