05.03.2015 22:52 xeber –
Almaniya Bundesliqasında keçirilən oyunlardan ikisi çox maraqlı epizodlar ilə yadda qaldı.
ANS PRESS-in məlumatına görə, “Bayer Leverkuzen” – “Frayburq” matçında 20 futbolçu və bir hakimin mərkəz xəttinin solunda eyni anda olması çox maraqlı bir görüntü yaradıb. 21,5 metr enində 27,6 metr boyunda olan ərazidə düzbucaqlı fiqur yaradan 20 futbolçunun topu qazanmaq uğrunda apardığı mübarizə həftənin ən çox danışılan mövzusu olub.
İkinci maraqlı oyun epizodu isə Rur derbisində qeydə alınıb. “Şalke 04”ü qəbul edən “Borusiya Dotdmund” 3:0 qalib gəldiyi oyunda 90 dəqiqə ərzində diqqətdə qalan epizod yaşanıb. Sağ tərəfdən hücuma başlayan “Dortmund” komandasında eyni anda 5 futbolçunun komanda yoldaşına əl işarəsi ilə topu geri atmasını bildirməsi mediyanın gözündən yayınmayıb. Oyunun 45-ci dəqiqəsində yaşanan bu epizod futbol ictimayətində marağa səbəb olub.
Mənbə : Anspress.com