06.03.2015 09:31 xeber –
Türkiyənin tanınmış stilistləri Arzu Kaprol, Ertan Kayıt ken, Qəmzə Saracoğlu və Özləm Sürer 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə “Qadına hörmət” moda nümayişi təşkil ediblər.
ANS PRESS-in məlumatına görə, tədbirdə bir çox tanınmış mankenlə yanaşı Özge Ulusoy da iştirak edib.
Məşhur model tədbirdə yaşadığı xoşagəlməz hadisə ilə gündəmə gəlib. Belə ki, moda nümayişi zamanı Özge Ulusoyun geyindiyi donun ətək hissəsinin arxası cırılıb.
Xatırladaq ki, Özge Ulusoy özünü aktrisa kimi də sınayıb və məşhur “Arka sokaklar” serialında Yeliz obrazını canlandırıb.
Mənbə : Anspress.com