06.03.2015 10:16 xeber –
NİİM paytaxtda avtomobil sıxlığının qarşısını almaq məqsədilə Mətbuat prospekti ilə Ayna Sultanova küçəsinin kəsişməsindəki svetoforun fazalarında (faza – svetofor işıqlarının yanma müddəti) dəyişiklik edib.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, bu dəyişiklik həmin yol kəsişməsində yaranan tıxacların qismən qarşısını alıb.
Belə ki, A.Şərifzadə küçəsindən Mətbuat prospektinə doğru, sağa hərəkət etmək istəyən nəqliyyat vasitələrinin hərəkətində gecikmələrin və nəticədə yaranan tıxacların qarşısını almaq məqsədi ilə svetoforların qeyd olunan küçələrə sağa dönmə istiqamətləri iki fazada quraşdırılıb.
Bundan başqa svetoforun tənzimlənməsi Mətbuat prospekti ilə sola dönən nəqliyyat vasitələrinin, düzünə hərəkət etmək istəyən nəqliyyat vasitələrinə yaratdığı maneələri də aradan qaldırıb.
Mənbə : Anspress.com