06.03.2015 / 10:41 xeber –
Bakıda kinoteatrda oğurluq edən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 23-də saat 21 radələrində Bülbül prospektində yerləşən kinoteatrda Bakı şəhər sakini Ceyhun Nəbiyevin mobil telefonu masanın üzərindən oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, 1979-cu il təvəllüdlü Ramin Vaqif oğlu Tağıyev tutulub.
Araşdırmalar davam etdirilir.
Mənbə : Lent.az