06.03.2015 12:33 xeber –
Martın 7-də ölkə ərazisində temperatur yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, martın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabur tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.
Martın 7-də Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 0-5, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, martın 8-də şimal küləyinin güclənəcəyi gözlənilir.
Mənbə : Anspress.com