06.03.2015 13:17 xeber –
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bəzi beynəlxalq təşkilatların insan hüquq və azadlıqlarında dair hesabatına toxunub.
ANS PRESS-in məlumatına görə YAP rəsmisi bildirib ki, bir qrup beynəlxalq təşkilat Azərbaycan dövləti haqqında şər kampaniyası aparmaqda davam edir.
Onun sözlərinə görə, “Eurovision” ərəfəsində də belə kampaniya gedirdi. “Onlar erməni mənşəli, qrant verib sonra şapka aldığı şəxsləri dəstəkləyənlərdir. Buradan bir qrup şəxs də onlara material ötürür. Bunlar AXCP sədri Əli Kərimli, onun ətrafı, erməni mənbəsindən alaraq saxladığı QHT-lərdir. Hesab edirəm ki, millət vəkilləri, Ombudsman öz xətləri ilə bu məsələdə mövqeyini ortaya qoymalıdır. Hörmətli Mehriban xanım ölkələri bir-bir gəzərək Avropa Oyunlarının təqdimatının edir. Biz də bir işin qulpundan tutaq”.
S.Novruzov vurğulayıb ki, İsveçrə səfirliyində bir adamı 6 aydır ki, gizlədirlər. Onun sözlərinə görə, bu adam milyonlarla qrant alıb, 240 min manat vergidən qaçıb.
Deputat təklif edib ki, Ombudsman İsveçrə səfirliyinə müraciət etsin. Qoy bu səfirlik 3 gündə bir məcburi köçkünə və ya müəllimə yemək versin. “Hələ bir dəfə eşitməmişik ki, bu qurumlar həkimi, müəllimi müdafiə etsin”.
Mənbə : Anspress.com