06.03.2015 15:57 xeber –
Rusiyada azərbaycanlı öldürülüb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, 28 yaşlı Azərbaycan vətəndaşı güllələnib.
Hüquq mühafizə orqanı əməkdaşları Moskva ətrafında Domodedova şəhərindəki qətlin bəzi təfərrüatlarını öyrənə bilib.
İnsident ötən gecə yerli restoranlardan birində baş verib. Azərbaycan vətəndaşı saat 23 radələrində dostları ilə məkandan çıxıb. Bu zaman bir kişi ona atəş açaraq hadisə yerindən qaçıb.
Dostları yaralı gənci dərhal xəstəxanaya çatdırıblar. Lakin həkimlər na heç bir kömək göstərə bilməyiblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma başlayıb. İndi polis qətli törədən şəxsin kimliyini araşdırır.
Mənbə : Anspress.com