06.03.2015 / 15:24 xeber –
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozmaqda təqsirli bininən 1997-ci il təvəllüdlü Vaqif Səlimbəylinin cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 11-ə təyin edilib.
Qeyd edək ki, Vaqif Səlimbəyli cəzaçəkmə müəssisələrində normal fəaliyyəti dəfələrlə pozub. Ona Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssəsində fəaliyyəti pozma) maddəsi ilə cinayət işi başlanılıb.
Onu da qeyd edək ki, V. Səlimbəyli 14 yaşında adam öldürməkdə təqsirli bilinib. O, 19 sentyabr 2011-ci il Sumqayıt şəhərində valyuta dəyişmə məntəsinin rəhbərini öldürməkdə təqsirli bilinib. 9 il müddətinə azadlıq məhrum edilib.
Mənbə : Lent.az