17:16 xeber – Ukraynanın antiinhisar komitəsi Rusiyanın “Qazprom” şirkətini 3,4 milyard dollar cərimə edib.
ANS PRESSa-in məlumatına görə, bu barədə komitənin rəhbəri Yuri Terentyev “Facebook” səhifəsində xəbər verib.
Ukraynanın dövlət orqanı “Qazprom”u qaz bazarında inhisarçılıqdan sui-istifadə etməkdə günahlandırır.
Bu Rusiya və Ukrayna arasında ilk məhkəmə qalmaqalı deyil. Bir müddət əvvəl “Qazprom” Ukraynanın “Naftoqaz” şirkətini 2,5 milyard dollar cərimə ödəməsi ilə bağlı iddia qaldırmışdı.
mənbə :
anspress