02:17 xeber – Gecə saatlarında Qusar rayonunun Quxuroba kəndində yanğın hadisəsi baş verib. Azadlıq.az xəbər verir ki, anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə zamanı 45 yaşlı kənd sakini Famil Həsən Həsənli oğlu İsabəyova məxsus ümumi sahəsi 200 kv.m olan 2 mərtəbəli yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə və 2-ci mərtəbəsində aynabəndin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.
Hadisə yerinə dərhal FHN-nin Qusar Dövlət Yanğından Mühafizə hissəsinin briqadaları cəlb olunub. Briqadanın 2 yanğın söndürən maşını və 12 nəfərlik şəxşi heyəti alovun genişlənməsinin və digər tiklilərə keçməsinin qarşısını alıblar.
Yanğın nəticəsində ev sahibinə dəyən ziyanın həcmi və yanğının baş vermə səbəbi araşdırırlır.
mənbə :
anspress